"Paşinyan bu iqtidarda deyil" - ABŞ İnstitutu
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, "Ermənistanın baş naziri Nikol Paşinyan özünü sülhpərvər kimi göstərsə də, əslində, az gücə malikdir." Hesabatda özəlliklə vurğulanır ki, Paşinyan özünü sülh naminə fədakar kimi təqdim etməyə çalışır, amma bu iqtidarda deyil.
Həmçinin, qeyd olunub ki, Kreml Paşinyanın getdikcə artan anti-Rusiya mövqeyinə görə ona qarşı tənqidləri gücləndirməyə davam edir: “Bəzi ekspertlərin fikrincə, Rusiya Ermənistan və Azərbaycan arasında davamlı sülh yarada biləcək yeganə vasitəçidir”.
Mətləb Salahov