Putin prezident seçkilərinə qədər Türkiyəyə səfər edəcək...
Vladimir Putinin Türkiyəyə səfəri Rusiyada prezident seçkilərinə qədər baş tutacaq. Bu barədə Kremlin sözçüsü Peskov jurnalistlərə açıqlama verib.
O deyib ki, Putinin Türkiyəyə səfəri seçkilərə qədər, Koreya Xalq Demokratik Respublikasına isə seçkilərdən sonra planlaşdırılır. Peskov əlavə edib ki,
Türkiyəyə səfərin dəqiq vaxtı prezidentlər Putin və Ərdoğan arasında razılaşma əldə edildikdən sonra elan olunacaq.
Qeyd edək ki, Türkiyə mətbuatı səfərin fevralın 12-də baş tutacağı barədə xəbərlər yayıb.
Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək.
TAHİR