KÖHNƏ VERSİYA            

AŞPA-nın nüfuzu əriyib getdi - Fransanın üzündən...

Image

Azərbaycana qarşı siyasət yürüdən Fransa bunu müxtəlif qurumlarda da açıq hiss etdirir. Qeyd edilənlərin ən bariz nümunələrindən biri qismində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında baş verənləri göstərmək olar. 

Belə görünür ki, Fransa və digər ermənipərəst dairələr, o cümlədən erməni diasporu bu qurum vasitəsilə Azərbaycana təsir etməyə can atır.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində edilən cəhdlər də bunun təsdiqidir. Xatırladaq ki, qış sessiyasının açılış günü qurum tərəfindən Azərbaycanın nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifini Almaniya nümayəndə heyətindən deputat Frank Şvabe verib. Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb: “Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq”. İndi hesab edilir ki, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və səsvermə hüququnun məhdudlaşdırılmasına dair addımlar atacağı təqdirdə, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması məqsədəuyğundur. Bundan başqa, Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması variantı da gündəmə gələ bilər. Bütün bunlardan uduzan Avropa Şurası özü olacaq. Xüsusən də Fransanın diqtəsilə hərəkət qurumun nüfuzunu alt-üst edəcək. Məsələyə bu fonda yanaşan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov olduqca maraqlı məqamlara toxunub. O bildirib ki, Avropa Şurasının 75-ci ildönümünün qeyd edildiyi cari ildə keçmişə və gələcəyə, Parlament Assambleyası adından qəbul olunan qərarlara baxmaq zərurəti yaranıb: “75 yaşlı bir təşkilat qəbul etdiyi hər bir qərarı yüz dəfə ölçməlidir. İkili standartlardan, qərəzdən, sifarişli addımlardan imtina etməlidir. XX əsrin sonlarında Avropa Şurasının Cənubi Qafqaza doğru genişlənmək qərarı veriləndə bu təşkilat son dərəcə düzgün hərəkət etmişdi. Ancaq bu gün müəyyən qüvvələrin, ilk növbədə, Fransanın birbaşa təsiri ilə Azərbaycana qarşı burada aparılan siyasət narahatlıq və ciddi etiraz doğurur. Azərbaycan müasir tarixinin ən ağır problemini həll edib, ərazilərinin 20 faizinin 30 ilə yaxın davam etmiş işğalına son qoyub. Qəribədir ki, illərlə bu münaqişənin həll edilməsində ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi əsas vasitəçilərdən olan Fransa bu gün bitmiş münaqişənin yenidən qızışdırılmasına ən ciddi cəhdlə çalışır”.

Azərbaycanlı deputat qeyd edib ki, iki dövlət sülh müqaviləsi imzalamağa yaxınlaşdıqca Fransa ciddi cəhdlə buna mane olmaq istəyini gizlətmir. Ermənistanı silahlandırmaq təşəbbüsünü qətiyyən gizlətməyən Fransa bunu dövlət səviyyəsində bəyan edir və bu istiqamətdə konkret addımlar atır:

“Əsassız bəhanələrlə Azərbaycanı, guya Avropa Şurası ilə əməkdaşlıqdan yayınmaqda ittiham edənlər, xüsusilə də Fransa, əslində Azərbaycanın Qarabağ zəfərini həzm edə bilməyənlərdir. Bu təşkilatda təzyiqli hərəkətlərin kökü Parisdən gəlir. Təşkilatda prosedurları və qəlibləşmiş qaydaları pozaraq, nümayəndə heyətimizə qarşı hər hansı təzyiqlər tətbiq etmək həvəsinə düşənlər, Azərbaycana qarşı hərəkət edənlər bir mühüm tarixi həqiqəti unutmamalıdırlar: azərbaycanlıları qorxutmaq, onların azadlıq, suverenlik yolunda mübarizələrinə birdəfəlik son qoymaq məqsədilə 1990-cı ilin yanvarında Sovet ordusunun hərbi birləşmələri ölkəmizə hücum edib kütləvi qırğınlar törətdilər. Ancaq bu hücum əks-nəticə verdi və SSRİ-nin dağılması Kremlin Bakıya bu hücumundan başladı. İstəməzdik ki, səmərəli əməkdaşlıq etdiyimiz Avropa Şurası ayrı-ayrı qüvvələrin təhriki ilə Azərbaycana qarşı başlatdığı qərəzli hücumlar nəticəsində eyni acı taleyi yaşasın. Avropa Şurasını daha qüvvətli etmək üçün indi daha çox yollar axtarmaq lazım olduğu vaxtda, təşkilatı içəridən parçalamaq, onun gələcəyi üçün təhlükələr yaratmaq əsla arzulanan deyil. Məkrli xətt tutanlar ağıllı olduqlarını xəyal etməsinlər. Bütün örtülü və açıq əməllər kənardan aydın görünür, hansı küləklərin haralardan əsdiyi də bizə çox yaxşı bəllidir”. Həqiqətən də Avropada son vaxtlar Azərbaycana qarşı atılan addımlarda Fransa və Almaniyanın birgə hərəkət etdiyi diqqətdən qaçmamalıdır. Azərbaycana münasibəti artıq düşmənçilik həddinə çatdıran Fransanın bəzi hallarda əsas niyyətini gizlətmək üçün öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması da göz qabağındadır. Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə bu dəfə də Almaniyanı qabağa verib. Lakin istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcək. Son hadisələr isə onu deməyə əsas verir ki, Paris Cənubi Qafqazda sülh deyil, müharibə olmasında maraqlıdır. Amma maraqlıdır ki, son günlər erməni kütləvi informasiya vasitələrində Fransanın ünvanına sərt tənqidlərin sayı artıb. Məsələn, bu ölkənin “verelg” saytı yazır ki, İkinci Qarabağ müharibəsi və Azərbaycan Qarabağda suverenliyini və ərazi bütövlüyünü bərpa edən zaman Paris nəyə nail ola bilmədi: “Etiraf etmək lazımdır ki, Makronun Ermənistan-Azərbaycan münasibətlərində aparıcı vasitəçi rolu oynamaq cəhdləri nəticə verməyib. Ermənistan nə qazandı? Heç kimə lazım olmayan avropalı müşahidəçiləri, bir neçə zirehli döyüş maşını və heç kimin üzərinə heç bir öhdəlik qoymayan Fransa Senatının qətnaməsini”. Qeyd edilir ki, bu da Ermənistanı Fransanın siyasəti nəticəsində ciddi təhlükə altına atır.

Nahid SALAYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031