KÖHNƏ VERSİYA            

Fransanın anti-Azərbaycan siyasəti Ermənistanda da tənqid edilir

Image

Məlum həqiqətdir ki, Fransanın regional məsələlərə yanaşması tamamilə ermənipərəst xarakter daşıyır. Bu fonda Fransa tərəfi uzun müddətdir Azərbaycana təsir göstərməyə çalışır, lakin hər şey əbəsdir. Bunlar fonunda Fransa silahlı qüvvələrinin şəxsi heyəti qarşısında çıxış edən prezident Emmanuel Makronun bəyanatları Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Fransa hökumətinin mövqeyinə tam işıq salır. Makron Fransanın “böyük millət” statusunun saxlanılması kontekstində Ermənistanla bağlı qarşıdan gələn tarixi qərarlara da işarə edib. Yəni Fransanın aktiv anti-Azərbaycan mövqeyi müəyyən hərbi-siyasi mülahizələr və ambisiyalarla diqtə olunur ki, burada Ermənistan bir alətdir.

Bu fonda Fransa silahlı qüvvələrinin şəxsi heyəti qarşısında çıxış edən Makron bildirib:  “Bu il böyük bir millət olaraq üzərimizə düşən öhdəliklərlə üzləşəcəyik. Təfərrüatı açıqlamayacağam. Ancaq Balkanları, Ermənistanı qeyd edə bilərəm - hansı ki, diqqət mərkəzimizdədir, xüsusilə bizim mövqeyimizi gücləndirən və tarixi qərarlar verən Ermənistana münasibətdə...”. Bütün bunlar Ermənistanın özündə də təəccüblə qarşılanır. Məsələn, erməni analitik Ruben Marqaryan qey edir: “Makron Fransa hərbçiləri qarşısında çıxış edib. O, digər məsələlərlə yanaşı, böyük bir xalqın üzərinə düşən vəzifələrdən, Fransanın rolunun gücləndirilməsindən və tarixi qərarların qəbulundan, xüsusən də Ermənistanla bağlı danışıb. İrəvan-Paris əlaqələrinin güclü və yaxşı kökləri var. Ermənistanın Fransaya və onun xalqına qarşı həmişə isti münasibəti olub. “Soyqırım”dan sonra on minlərlə erməni qaçqına sığınacaq verən Fransanı xatırlayırıq. Paris bizim üçün Mişel Leqran, Şarl Aznavur, Fransa müqavimətinin qəhrəmanı Misak Manuçyan və digərləridir. Amma bu gün Makron Ermənistanda “mövqeyi gücləndirmək”dən, İrəvanla bağlı “tarixi qərarlardan” danışanda onun nə demək istədiyini daha dəqiq bilmək istərdim. Çünki Ermənistan üçün “mövqeyini gücləndirməyin” və “tarixi qərarların” müsbət nəticələri hələ görünmür. Fransanın Ermənistanla bağlı tarixi qərarlarından danışarkən Makron nə ilə fəxr edir? Gəlin faktla danışaq. Fransanın 2020-ci ildə müharibəni dayandırmaq cəhdləri nəticə vermədi. Paris 2023-cü ildə Azərbaycanın “artsaxa qarşı təcavüzünü” də dayandıra bilmədi. Parisin “tarixi qərarları” və üstəlik, onların Ermənistan üçün müsbət nəticələri nədən ibarətdir? Saxta müşahidəçilərdən? Fransız futbolçu Nikolas Anelkanın Ermənistanda futbol akademiyası açmaq niyyətindən? Paşinyanın Avropanın nüfuzlu partiyalarının əyləncələrinə dəvət almasından? Ermənistana zəif və məhdud silah partiyasını verməkdən? Senatın “artsax”la bağlı son qətnaməsindən? Belə ki, 2020-ci ilin noyabrında Fransa Senatı “dqr”in tanınmasının zəruriliyi ilə bağlı qətnamə qəbul edib. Və? Bəlkə Paris Ermənistanın sərhədlərinin toxunulmazlığını təmin edəcəyinə söz verib, amma biz bilmirik? Etiraf etmək lazımdır: Makronun Ermənistan-Azərbaycan münasibətlərində aparıcı vasitəçilik rolunu oynamaq cəhdləri bu münasibətlərin normallaşması baxımından nəticə vermədi. Üstəlik, Parisin fəal vasitəçiliyi Ermənistan-Rusiya münasibətlərində neqativ prosesləri stimullaşdırdı ki, bu da “artsax” ətrafında böhranı daha da gərginləşdirdi. Bəlkə Makronun vasitəçilik səyləri kollektiv Qərbin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün ümumi planının həyata keçirilməsi istiqamətində şüurlu addım idi?”. Ermənistanın “Luys” analitik mərkəzinin rəhbəri Hayk Ayvazyan isə məsələyə daha sərt formada münasibət bildirib: “Dünyada elə bir ölkə tanımıram ki, NATO oraya sülh naminə girib dəstək nümayiş etdirməyə çalışsın. Amma onu bilirəm ki, Alyansa üzv ölkələri, xüsusən də Fransanı Afrikadan qovurlar. Çünki on illərdir hər şeyin, bütün təbii sərvətlərin olduğu Afrika qitəsində insanlar qul kimi yoxsulluq içində yaşayır. Nəyə görə? Çünki onları qarət edirlər. Bir misal deyim: bir qram uranın qiyməti iki yüz dollardırsa, fransızlar onu Afrikada yarım sentə alırlar. Quldurluğun səviyyəsini təsəvvür edin. Ona görə də onilliklər boyu Qərbə yalvaran o xalqlar talan edildi, məhv edildi, istismar edildi, indi isə millətçi mübarizə aparırlar.

Ermənistana və İrəvan hakimiyyətinə gəlincə, bu ölkə kənardan idarə olunan dövlətdir. Ermənistan bütün sahələrdə xaricilərin, Qərbin hakimiyyəti altındadır. Ona görə də hakimiyyət özbaşına qərar qəbul edə bilməz, onlara nə etməli olduğu deyilir. Regionumuzda sabit sülhü təmin edə biləcək yeganə dövlət Rusiyadır. Qərb isə Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində iştirak etməməsi üçün hər şeyi edir. Bu rol olmasa, mövcud münaqişə daha da güclənəcək və yeni müharibəyə səbəb olacaq. Yəni Qərb yeni müharibəni qızışdırır və Fransa bu rolu öz üzərinə götürüb”. Rusiyalı hərbi ekspert Aleksey Xlopotov da Fransanın Ermənistanı fəlakətə sürüklədiyini qeyd edir. O, “oxu.az” portalına müsahibəsində qeyd edir: “Fransa sisteminin özünəməxsus kiçik xüsusiyyətləri var. Ümumiyyətlə, xatırlatmaq istərdim ki, Fransa gah NATO-ya daxil olur, gah da NATO-dan çıxırdı. Amma ümumilikdə Fransanın təlim standartları NATO-dan çox da fərqlənmir. Lakin bu, Ermənistan ordusunun döyüş qabiliyyətinə təsir edə biləcək real hərəkətlərdən daha çox, Fransa və Ermənistanın siyasi, nümayişkaranə addımlarıdır… Bütün Qərb diplomatiyası hər iki ayağından topaldır. Bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Lakin fransızlar müəyyən mənfəət əldə etməkdən ötrü Ermənistanı Avropa pullarını yumaq üçün “camaşırxana”ya çevirmək məqsədilə oraya girməyə çalışdılar. Nəticədə onların Bakı ilə arası dəydi. Amma Fransanın Qazaxıstandan atom elektrik stansiyaları üçün urana ehtiyacı var və o, ancaq Azərbaycan ərazisindən tranzitlə çatdırıla bilər. Bütün bunlar Fransa üçün necə nəticələnəcək? Bu hala Paris hansısa yolla Bakı ilə danışıqlar aparmalı olacaq”. Beləliklə, Fransanın Azərbaycana qarşı qərəzli, məntiqsiz, beynəlxalq hüquqa zidd davranışları, bəyanatları və siyasi mövqeyi absurd olmaqla yanaşı, bölgəmizdə sülhə də mane olur.

Ramil QULİYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031