KÖHNƏ VERSİYA            

Ukrayna da Fransanın xəyanəti ilə üzləşdi...

Image

Qərbin Ukraynaya xəyanət etməsi, onu Rusiya ilə savaşda yalnız qoyması artıq dünya miqyasında etiraf olunur. Bu məsələdə artıq Ukraynanın özündə də yüksək səviyyədə maraqlı fikirlər səslənir. 

Məsələn, Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Qərb tərəfdaşlarının göstərdiyi hərbi və maliyyə yardımı Ukraynanın müharibədən sağ çıxması üçün həlledici idi, lakin qələbə üçün kifayət etmədi.

Dövlət başçısı Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində Qərbin yanaşmasının qəbuledilməz olduğunu da vurğulayıb. Bununla yanaşı, o hələ də siyasi nüanslara öyrəşmədiyini, buna görə Ukraynanın hazırda Qərbin yardımının azaldılması təhlükəsi ilə üzləşdiyini etiraf edib: “Hamı gülümsəyir, qucaqlayır, deyir ki, sən israrlısan, çox güclüsən, azad dünyanın liderisən, demokratiyamızı xilas edirsən. Ukrayna xalqının belə prezidenti olmasaydı, biz Avropanın yarısını itirə bilərdik və onda Rusiya Federasiyası ABŞ-a hücum edərdi və biz əlimizdə olan hər şeyi sizə verməliyik. Və sonra  dayanırlar”. Ukrayna prezidenti qeyd edib ki, nankor görünmək istəməzdi, çünki Qərb tərəfdaşları Ukraynaya çox kömək ediblər və bu dəstək olmasaydı, ölkə ayaqda qala bilməzdi: "Onlar bizə sağ qalmağımızda həqiqətən kömək etdilər. Düşünürəm ki, qalib gəlməyimiz üçün bizə daha çox kömək edə bilərdilər”. Jurnalistin “Qərb ölkələri hər şeyi Ukraynanın uduzmaması və qazanması üçün edirmi” sualına Zelenski belə cavab verib: “Bu, ayaqda qalmaq məsələsidir, ona görə də emosional ola bilmirəm, amma bəzən elə anlar olur ki, mən həqiqətən başa düşə bilmirəm və ya başa düşmək istəmirəm”. O əlavə edib ki, Qərbin bu və ya digər silah növünü təmin etməkdə tərəddüd etməsi Ukraynada yalnız əlavə ölümlərə səbəb olur: “Vaxt keçir, insanlar ölür. Ona görə də mən bu dəfə müvəqqəti dəhlizi qanlı, çox ağrılı hesab edirəm. Amma bunu heç də hamı başa düşmür. Mən bunu ilk günlərdən çatdırıram”. İndi Qərbin Ukrayna savaşına yönəlik mövqeyində müşahidə olunan müəyyən dəyişikliklər Rusiyanın daha sərt mövqe sərgiləməsinə gətirib çıxarır. Çünki Qərb Ukraynaya artıq əvvəlki intensivlikdə hərbi dəstək vermir. Belə vəziyyət bir tərəfdən Rusiyanın savaş meydanında hərbi təşəbbüsü ələ keçirtməsinə imkanlar açır. Digər tərəfdən, Ukraynanın bir dövlət kimi mövcudluq imkanlarını böyük sual altında qoyur.

Baş verənlər Qərbin Ukrayna məsələsində parçalanması ilə də müşayiət olunur. Elə bu fonda Almaniyanın “Süddeutsche Zeitung” qəzeti maraqlı bir məqama diqqət edir. Qəzet yazır ki, Almaniya kansleri Olaf Şolts Parisdən Ukrayna ordusuna hərbi yardımı artırmağı tələb edib: “Ukrayna üzərində qara buludlar gəzir. Belə ki, yaydakı əks-hücumlar uğursuzluqla nəticələnib və ABŞ Konqresindəki respublikaçılar yeni tranşların ayrılmasına mane olurlar. Avropa isə Kiyevin bu il məğlub olacağından və ya ciddi çətinliklərlə üzləşəcəyindən qorxur. Bunun fonunda bəzi Avropa liderlərindən Ukrayna Silahlı Qüvvələrinə silah-sursat tədarükünü artırmaq çağırışları var. Bu qrupa ilk növbədə Almaniya kansleri Şolts daxildir. Son həftələrdə o, Aİ-dəki həmkarlarına şəxsən onun üçün və ittifaqda qüvvədə olan nəzakət qaydalarına uyğun olmayan bir şəkildə mühazirə oxuyub. Şolts digər Aİ ölkələrindən bu il Ukraynaya hərbi yardımı iki dəfə artıraraq səkkiz milyard avroya çatdıran Berlindən nümunə götürməyi açıq şəkildə tələb edib. Onun müraciəti böyük ölkələrə: İtaliyaya, İspaniyaya və xüsusilə Fransaya ünvanlanıb. Almaniya bu il Kiyevə səkkiz milyard avro, Niderland krallığı 2,5 milyard avro vəd edib, Fransa isə susub. Lakin buna baxmayaraq, Fransanın müdafiə naziri Lekornu bu cür qınaqlara sərt reaksiya verib. O, Parisin Ukraynaya Polşa, Böyük Britaniya, Almaniya, Skandinaviya və Baltikyanı ölkələrlə müqayisədə daha az yardım göstərdiyini hesablayan Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarını şərh edərək, onların hər şeyi qarışdırdıqlarını vurğulayıb. Yəqin ki, reputasiyası ilə bağlı problemləri hiss edən Fransa bu yaxınlarda Kiyevə silah, o cümlədən 78 “Caesar” özüyeriyən silah tədarük etmək üçün yeni planlarını açıqlayıb. Lakin sonra tipik fransız manevrləri başladı: Paris ümumi dəyəri 50 milyon avro olan cəmi 12 haubitsa alınmasını maliyyələşdirəcəyini vəd etdi, daha 60 özüyeriyən silahın pulunu “Ukraynanın müttəfiqləri” ödəməli olacaq, lakin bunların hansı dövlətlər olacağı açıqlanmayıb”. Göründüyü kimi, Fransa bu dəfə Ukraynaya xəyanət edir. Bu, Ukraynada da Fransanın mövqeyinin alt-üst olacağı anlamına gəlir. Belə bir vaxtda prezident Volodimir Zelenski Polşanın baş naziri Donald Tusk ilə birlikdə tələbələrlə görüşdə çıxışı zamanı deyib ki, Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlər var: “Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlər var. Onlar Rusiyanın eskalasiyasından qorxurlar. Bu, Ukraynaya qarşı xəyanətdir”. Həmin dövlətlərdən birinin Fransa olduğu da məlumdur. Belə bir vaxtda Ukrayna xarici işlər naziri Dmitro Kuleba Qərb ölkələrini Rusiyaya silahların kritik komponentlərinin verilməsində ittiham edib. Nazir qeyd edib ki, bu ehtiyat hissələrinin Rusiyaya tədarükünün dayandırılması özəl və dövlət sektorunun genişmiqyaslı, birgə səylərini tələb edir: “Bu, Ukraynada bir çox mülki vətəndaşın həyatını xilas edəcək və Rusiyanın döyüş maşınını sıradan çıxaracaq”. Bundan əvvəl Fransa şirkətlərinin də Rusiyaya ehtiyat hissələri satması barədə mediada məlumatlar yayılıb.

Tahir TAĞIYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031