Rusiyada ordu haqqında yalan məlumat yayanların əmlakına əl qoyulacaq...
Rusiyada bir sıra cinayətlərə görə, xüsusən Rusiya ordusu haqqında yalan məlumata görə əmlakın müsadirəsini və fəxri adlardan məhrum etməni nəzərdə tutan qanun layihəsi Dövlət Dumasına daxil olub.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Qanun layihəsi Rusiya ordusu haqqında yalan məlumat yaymağa və ekstremist fəaliyyətə ictimai çağırışlara görə Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı cinayətkar fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə olunan və ya nəzərdə tutulan vəsait, qiymətli əşyalar və ya digər əmlakın müsadirəsinə imkan verəcək.
Qanun layihəsi, həmçinin, Rusiya ordusu haqqında yalan məlumat yayan və ekstremist fəaliyyətə ictimai çağırışlar edən şəxslərin məhkəmə qərarı ilə fəxri adlardan məhrum edilməsini nəzərdə tutur.