Səttar Mehbalıyev Naxçıvanda dedi: " 600 min nəfər....."
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında görüş keçirib.
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində əldə etdiyi uğurlardan danışıb. Qeyd edib ki, son 20 ildə ümumi daxili məhsul istehsalının, ixrac imkanlarının, əmək haqqılarının, təqaüdlərin, pensiyaların dəfələrlə artımı bunun əyani sübutudur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramının geniş əhatə dairəsindən bəhs edən millət vəkili muxtar respublikada əhalinin su təminatının yaxşılaşdırılması istiqamətində mühüm layihələrin icra olunacağını diqqətə çatdırıb.
Görüşdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev hər kəsi fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştiraka dəvət edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib ki, Həmkarlar Təşkilatlarının üzvləri seçkilərdə fəal iştirak edəcək və hamısı bir nəfər kimi 600 mindən artıq Həmkarlar Təşkilatının üzvləri bu seçkilərə gedəcək və öz fikirlərini bildirəcəklər. Mən bilirəm ki, bütün Azərbaycan xalqı bir nəfər kimi seçkilərə gedəcək.
Mətləb