"Şəhidlərin tariximizdə şəriksiz, bənzərsiz yeri var" - Aydın Quliyev
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu gün 34-cü ildönümünü qeyd etdiyimiz 20 yanvar faciəsi barədə fikirlərini paylaşıb.
Politoloq yazır: "20 yanvar 1990-cı il hadisələrinə tam hüquqi , siyasi və geosiyasi qiymət min dəfə təəssüflər olsun ki, hələ verilməyib. Lakin veriləcək. Buna inamım var. 20 yanvar olmasaydı da, Azərbaycan müstəqil olacaqdı, lakin Qarabağsız, Naxçıvansız, Lənkəransız, bəlkə də
Qax- Balakənsiz müstəqil olacaqdı ....Bütün ərazilərimizlə birgə müstəqil olmamız üçün 20 yanvar olmalı idi. 20 yanvar da olmasaydı ,"20 mart "ya "20 avqust " olacaqdı. Xalq ayağa durmalı idi. Durmuşduqsa, itkilərimiz də olmalı idi...Qırılmalı idik...Qansız müstəqillik harda olur?
Şəhidlərin tariximizdə şəriksiz, bənzərsiz yeri var.
Ruhunuz şad olsun...Haqqınızı halal edin..."
Mətləb Salahov