Paşinyan Ermənistana yeni Konstitusiya lazım olduğunu deyir…
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyasının yaradılmasının vacibliyini bildirib.
O, Ermənistan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşdə deyib ki, Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyacı var. “Konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya", - Paşinyan deyib.
Bununla yanaşı, o qeyd edib ki, ölkənin parlament idarəetmə forması «demokratik istəklərimizi və strategiyamızı nəzərə alaraq Ermənistan üçün ən əlverişlidir».
TAHİR