Tərtər sakini Qubada “Kalaşnikov”la yaxalandı...
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkarlanması, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Quba Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ədalət Məmmədov saxlanılıb. Həmin şəxsin üzərindən “Kalaşnikov” markalı 1 ədəd avtomat, 1 ədəd patron darağı və 5 ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ədalət Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
Mətləb Salahov