Balakəndə 2 avtomat silahı polisə könüllü təhvil verildi
Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini tapdıqları “Kalaşnikov” markalı 2avtomatı və həmin silaha məxsus 2 darağı könüllü olaraq təhvil veriblər. Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.
Mətləb Salahov