KÖHNƏ VERSİYA            

Dini konfessiya rəhbərlərinin Prezident seçkiləri ilə əlaqədar MÜRACİƏTİ...

Image

Azərbaycandakı dini konfessiya rəhbərlərinin Prezident seçkiləri ilə əlaqədar müraciət edib.

Müraciətdə deyilir:

"Biz, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dindarları – müsəlman, xristian və yəhudi dini icma nümayəndələri, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə – Prezident seçkiləri ilə əlaqədar bir araya gələrək, aşağıdakıları bəyan etməyi öz vətəndaş borcumuz hesab edirik.

Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. Vətən müharibəsində tarixi ədaləti və ərazi bütövlüyünü, Xankəndi zəfəri ilə suverenliyini tam bərpa etmiş Azərbaycan xalqı yeni siyasi reallıqlar müstəvisində 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərinə hazırlaşır. Bu seçkilər müstəqillik tariximizdə bütün Azərbaycan Respublikası ərazisində həyata keçiriləcək ilk seçki olaraq xüsusi önəm, tarixi dəyər kəsb edir. Xalqımıza hamılıqla növbəti seçkilərə qatılmaq və müstəqil iradə ortaya qoymaq fürsəti verilmişdir.

Ulu Öndərin vəsiyyətlərini, Azərbaycan xalqına verdiyi vədləri əsl övlad qeyrətiylə yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi zəfərlərə görə hər bir azərbaycanlının qəlbində özəl yeri vardır. Həqiqətən, Vətəni ucaldanların, tarix yaradanların, xilaskarlıq missiyasını şərəflə yerinə yetirən liderlərin məqamı millətin qəlbidir. Azərbaycanın ən yeni tarixinin memarı, qalib sərkərdə, ölkəmizi uzun sürən işğal və separatizm bəlasından xilas edən müzəffər Ali Baş Komandanımız hər bir azərbaycanlının sonsuz məhəbbət, dərin etimad və minnətdarlıq borcunu haqq etmişdir. Xalqımız Uca Allahın köməyi ilə Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı ətrafında sıx birləşərək Ali Baş Komandanın əzmi və iradəsi, şanlı ordumuzun rəşadəti ilə məkrli düşmənə diz çökdürmüşdür. Mübarək üç rəngli bayrağımızı Qarabağda və işğaldan azad edilmiş bütün ərazilərimizdə yüksəldən belə bir milli rəhbər və dövlət başçısı Ulu Tanrının bizlərə əvəzsiz Lütfüdür. İlham Əliyev Qarabağın xilaskarı olaraq öz adını Azərbaycan tarixinə əbədi həkk etmişdir.

Bu gün qürur ünvanımız Şuşanın, şərəf məkanımız Xankəndinin azad edilməsinə, nisgilli Xocalının Vətənə qovuşmasına görə hər bir azərbaycanlının qəlbində özəl bir iftixar və minnətdarlıq borcu vardır. Mübaliğəsiz demək olar ki, Azərbaycan xalqı onilliklər ərzində həsrətində olduğu arzularına çatmış, millət və dövlət olaraq beynəlxalq müstəvidə ədaləti bərpa etmək qüdrətində olduğunu sübut etmişdir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda Böyük Qayıdış Proqramı çərçivəsində nəhəng quruculuq işləri aparılaraq həyat yenidən dirçəldilir və erməni vandalizminin ağır nəticələri aradan qaldırılır.

2003-2023-cü illər ərzində Azərbaycanda yüzlərlə tarixi məscid və ziyarətgahlar, eləcə də kilsə və sinaqoqlar təmir olunmuş, yeniləri inşa edilmişdir.

Prezident İlham Əliyevin tapşırığı əsasında Bakıda tikilən “Heydər” məscidi, yenidən qurulmuş “Bibiheybət” və Gəncə şəhəri “İmamzadə” məscid-ziyarətgah kompleksləri, eləcə də “Təzəpir”, “Əjdərbəy”, Şamaxı “Cümə”, Şuşa şəhəri “Yuxarı Gövhər ağa” məscidləri və s. bu gün İslam mədəniyyətinin inciləri sırasındadır. Hazırda işğaldan azad olunmuş şəhər və kəndlərimizdə tarixi məscidlərin bərpası, eləcə də yeni ibadət ocaqlarının tikintisi davam etdirilir.

Ölkədə fəaliyyət göstərən bütün dini konfessiya və icmalara dövlət büdcəsindən hər il milyonlarla manat dəyərində maddi vəsait ayrılır, din xadimlərinin maddi təminatının yaxşılaşdırılması üçün yardımlar edilir.

Prezident İlham Əliyevin dini cameə ilə mütəmadi görüşləri, ibadət yerlərinin açılışında şəxsən iştirakı, əlamətdar bayramlar münasibəti ilə dini icmalara rəsmi təbrik məktubları ünvanlaması, tanınmış din xadimlərinin yüksək dövlət mükafatlarına layiq görülməsi ölkə başçısının cəmiyyətdə dinin roluna, sağlam mənəvi-əxlaqi dəyərlərin təbliğinə və təşviqinə xüsusi diqqət və qayğısının bariz nümunəsidir.

Azərbaycan dünyada tolerantlığın və multikultural dəyərlərin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanıldığı və təşviq edildiyi azsaylı ölkələrdəndir. Bu gün Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına ciddi töhfələr verən beynəlxalq platformaların reallaşmasında, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və dəstəyi ilə mədəniyyətlərası dialoqla bağlı 2008-ci ildə Avropa və digər region ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə Bakıda keçirilən mötəbər tədbirdə "Mədəniyyətlərarası dialoqun təşviqinə dair "Bakı Bəyannaməsi" qəbul edilmiş və bununla da “Bakı Prosesi” adlı platformanın əsası qoyulmuşdur. 2011-ci ildən etibarən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Bakı Qlobal Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Dünya dini liderlərinin I və II Sammiti kimi silsilə beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında, 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatında uğurla fəaliyyət göstərməkdədir. 2024-cü ildə BMT-nin iqlim dəyişiklikləri probleminə dair COP 29 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi qərarı dövlətimizin növbəti böyük uğurudur.

Bütün bunlar Azərbaycanda dövlət-din münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq sahəsində həyata keçirilən ardıcıl siyasətə yüksək etimadın və Prezident İlham Əliyevin şəksiz beynəlxalq nüfuzunun göstəricisidir.

Dövlət başçısının təşəbbüsü ilə 2016-cı ildə Azərbaycanda “Multikulturalizm ili”nin, 2017-ci ildə “İslam həmrəyliyi ili”nin elan edilməsi, həmin il Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması ölkəmizin İslam birliyinə və həmrəyliyinə, eləcə də cəmiyyətdə tolerantlığın və multikultural dəyərlərin təbliği və təşviqinə verdiyi dəyərli töhfələrdir.

2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan və 2024-cü ildə Şuşa şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması ölkəmizin İslam aləmində qazandığı nüfuzu göstərir.

Dilindən və dinindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları dövlətin diqqət və qayğısını eyni dərəcədə hiss edirlər. Biz dindarlar fəxr edirik ki, artıq azad Qarabağda məscidlərin minarələrindən azan səsləri ucalır, müqəddəs məkanlarımız və digər dinlərə məxsus məbədlərimiz əsarətdən qurtulmuşdur. Müdrik dövlət rəhbərimiz İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə şəxsi diqqət və qayğısı qəlbimizi iftixarla doldurur. Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bundan sonra da tərəqqi və inkişaf yolu ilə irəliləyəcək, hər zaman yeni uğurlara imza atacaqdır.

Səmavi dinlər insanın azad seçim hüququnu təsbit edir, rəhbər, öndər, ixtiyar sahibinin seçiminə böyük əhəmiyyət verir. Uca Yaradanın Zəbur, Tövrat, İncil, Quran kitablarında təlqin olunan dəyərlərlə dünyəvi həyatımıza nəzər salsaq, görərik ki, yaşadığı cəmiyyətin inkişaf və tərəqqisini istəyən hər bir insan haqqı nahaqdan seçməyi bacarmalı, həmişə Haqqın və Ədalətin yanında olmalıdır. Müqəddəs kitablarımızda Ulu Tanrı bizə əta etdiyi əmanətləri haqq sahiblərinə, layiq olanlara verməyi əmr edir. Din dünyəvi dövlətdə siyasətdən ayrı olsa da, dindar şəxs ölkəsinin vətəndaşı kimi taleyüklü məsələlərdə yaxından iştirak etməli, əsl vətəndaş fəallığı göstərməli, düzgün seçim edərək öz səsini ən layiqli namizədə verməlidir.

Ölkəmizin ərazi bütövlüyünü bərpa edən, Qarabağ probleminə son qoyan, milli dəyərlərimizə və mənəvi irsimizə sahib çıxan, Birinci və İkinci Qarabağ müharibələrinin, 20 Yanvar və Xocalı şəhidlərinin qanını yerdə qoymayan, düşmən üzərində möhtəşəm tarixi Zəfərlə onların müqəddəs ruhlarını sevindirən dəmir yumruqlu qalib sərkərdə, müdrik dövlət rəhbəri İlham Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri göz önündədir. Hər birinizi Azərbaycanımız və xalqımız üçün önəmli mahiyyət daşıyan növbədənkənar prezident seçkilərində fəal iştiraka və gələcəyimiz naminə doğru seçim etməyə, ən layiqli namizəd – dövlət başçımız İlham Əliyev cənablarına səs verməyə çağırırıq.

Uca Yaradanın Lütf və Mərhəməti hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar olsun! AMİN!"

Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri

Milix YEVDAYEV

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Arximandrit Aleksiy NİKONOROV
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyasının katibi

Aleksandr ŞAROVSKİ
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert MOBİLİ

Alban-udi Xristian Dini İcmasının sədri







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031