Ukraynaya 50 milyard avro verəcəyik, Macarıstan bunu istəsə də, istəməsə də ...
Davos forumu kontekstində AB-dən Ukraynaya 50 milyard avro yardımın göstəriləcəyi ilə bağlı qətiyyətli mesaj verilib. Məlumdur ki, AB- nin ötən zirvəsində Macarıstan bu məsələyə veto qoymuşdu və bu səbəbdən yardım gecikdi. Avropa Birliyindəki mənbənin Davos platformasına otürdüyü mesaja görə "fevral 1- də Ukraynaya 50 milyard yardım qərarı veriləcək, Macarıstan bunu istəsə də, istəməsə də edəcəyik" deyə xəbərdarlıq olunub.
Məlumdur ki, Baş nazir Orban bu 50 milyard yardımın Avropa birliyinin ümumi büdcəsindən göstərilməsinin əleyhinədir.
Nahid Salayev