Ruslar Ukraynada öz təyyarələrini vurdular - 279 milyon dollarlıq A-50 Azov dənizi üzərində yoxa çıxdı
Rusiya lideri Vladimir Putinin verdiyi əmri ilə başlayan və 24 fevral 2022-ci ildən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi davam edir. Son məlumatlara görə, Sovet dövründən qalan Rusiyanın ən mühüm təyyarələrindən biri olan A-50 Azov dənizi üzərində yoxa çıxıb. Rusiya Teleqram səhifələri təyyarənin Rusiyanın özü tərəfindən yanlışlıqla vurulduğunu, Ukrayna isə A-50-ni onların hərbi hava qüvvələrinin vurduğunu iddia edir.
Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı da hava qüvvələrinin Rusiyanın A-50 tipli uzaqmənzilli radar aşkarlayıcı və “İL-22” tipli komanda idarəetmə təyyarəsini məhv etdiyini deyib. Ukraynanın RBC radiosu təyyarənin Azov dənizi üzərində vurulduğunu bildirib.
Rusiya üçün strateji əhəmiyyət kəsb edən, düşmən raketlərini aşkar edən A-50 təyyarələri hədəfləri koordinasiya edir. İngiltərə Müdafiə Nazirliyinə görə Rusiyanın təxminən 6 işlək vəziyyətdə A-50 təyyarəsi var. Başqa mənbələr isə Rusiyada casus təyyarəsi kimi tanınan cəmi iki A-50 təyyarəsinin olduğunu bildirirlər.
270 milyon dollara başa gələn A-50 təyyarəsinin Ukrayna tərəfindən məhv edilməsindən sonra Kremldən rəsmi açıqlama verilməyib. Bununla belə, ekspertlər A-50-nin itirilməsinin Rusiya Hərbi Hava Qüvvələri üçün böyük zərbə olduğunu deyirlər.
Hərbi kanal Rybar yazır ki, Ukraynanın yaydığı məlumat təsdiqlənərsə, bu, Rusiya Hərbi Hava Qüvvələri üçün daha bir qara gün olacaq. BBC-yə danışan hava döyüşləri üzrə ekspert Castin Bronk A-50 təyyarələrini “əsas müşahidə platforması” kimi xarakterizə edib və onların məhv edilməsinin Rusiya ordusu üçün “utancverici” olduğunu deyib.
Rusiya Hərbi Hava Qüvvələrinə bağlı FighterBomber “Telegram” səhifəsi isə, İl-22 komanda və idarəetmə təyyarəsinin “dost atəşi” ilə, yəni rusların özləri tərəfindən vurulduğunu və təyyarənin Rusiyaya dönməyi bacardığını iddia edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk da “Telegram”dakı paylaşımında təyyarənin vurulduğunu təsdiqləyib, lakin əməliyyatla bağlı təfərrüat verməkdən imtina edib.
TAHİR