KÖHNƏ VERSİYA            

Erməni ideologiyasının 2 məşhur qanadı var idi - 2-si də sındı...

Image

Faiq Balabəyli: “Fakt odur ki, ermənilər artıq bu cür kitablardan imtina edirlər və əksəriyyət dərk edir ki, bu onları fəlakətə aparır”

Erməni ideoloqlarının, yazarlarının qondarma iddialar və miflər əsasında yazdıqları “elmi” və bədii kitablar uzun illər Ermənistan vətəndaşlarının, xüsusən də gənc nəslin beynini zəhərləyə bilsə də, artıq bu ölkədə bu məzmunda yazılmış kitablara maraq kəskin şəkildə azalıb. 

Baki-xeber.com xəbər verir ki, Ermənistanda 2023-cü ilin dekabrında bestseller olmuş 10 romanın siyahısı tutulub. Maraqlıdır ki, siyahı Ermənistanda qondarma genosid və "Arsax" mövzusuna ictimaiyyətin münasibətinin heç də aparıcı olmadığını sübut edir. Məsələn, bir vaxtlar erməni kütləsinin nəzərində ən populyar, hətta ümummilli ideya kimi təqdim edilən "genosid məsələsi" barədə Mark Aren və Vars Çarantsin yazdıqları "Yenə məhəbbət barədə" romanı 10 bestsellerin sırasında yalnız 5-ci olub. Roman Ruben Sevak adlı erməni şairi ilə Yanni Appelin məhəbbətindən bəhs edir. Guya Sevak "genosid illərində" türk məmurunun xilas təklifini qəbul etməkdənsə ölümü üstün tutub. "3 Arsax müharibəsi və ondan sonrakı hadisələrdən" bəhs edən Aşot Aqbabyanın "Qara bəbir-1" romanı 6-cı sıranı tuta bilib. Müəllif romanda ermənilərin uduzma səbəblərindən danışır, bu gün gecikmədən nə etməli olduqları barədə yazır. Roman bütünlüklə erməni xalqına millətçi, şovinist müraciət və çağırışlardan ibarətdir.

Tək bu iki fakt sübut edir ki, Ermənistanda bir vaxtların ən populyar mövzuları olan "genosid  və Arsax"ı indi o qədər də hesaba almırlar. Bir vaxtlar Balayanın "Ocaq" romanı bütün Ermənistanı sarmışdı. Bu gün yeni dövrün "Ocaqları"na Ermənistanda artıq barmaqarası baxmağa başlayıblar. Bu, əslində Azərbaycanın Vətən müharibəsi və Antiterror tədbirləri ilə bölgədə yaratdığı reallığın parlaq  təzahürlərindən biridir.

“Artıq bu hadisə göstərir ki, erməniləri uzun illər öz ətrafında birləşdirən hər iki çürük ideologiya iflasa uğrayır” 

Ermənistanda qondarma mövzuları ehtiva edən, terroru, uydurma genosidi, “Arsax” “dava”sını təbliğ edən kitablara marağın azalmasını təbii qəbul edən AYB üzvü, tanınmış şair, Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gözlənilən idi. O hesab edir ki, vaxtilə o kitablar erməni xalqının beynini zəhərləyib, onları inkişafdan saxlayıb, təcüvüzkarlığa, revanşizmə, yad torpaqlarda ölməyə sövq edib. “Arsax” və qondarma genosid mövzusunda yazılan kitabların onların ürəyini bulandırdığını deyən F.Balabəyli qeyd etdi ki, indi gənclər belə kitablarda yalnız öz faciəli sonluqlarını görürlər və bu səbəbdən də onları alıb oxumaqdan imtina edirlər. “Ermənistan və ermənilər sağalmaz xəstəliyə düçar olublar. Bu xəstəliyin virusunu bacardıqları qədər müxtəlif sahələrdə yayırlar. Eləcə də ədəbiyyat sahəsində. İlk onluqda 5-ci və 6-ci yerdə olan əsərlər zaman keçdikcə daha aşağı pillədə yer alacaq, bəlkə də heç yer tutmayacaq. Hələ ki, müharibənin onlara gətirdiyi məğlubiyyətin acısını yaşayırlar. Bu kitablar yeni doğulmuş erməni uşaqlarını millətçilik virusu ilə zəhərləyəcəklər. Həmin əsərlər də bu zəhərləmədə müstəsna rol oynayacaq. İndiki durumda müharibənin dəhşətli olayları ermənilərin həyata baxışını az da olsa dəyişib. Bu erməni qəbiləsi humanizm və insanlıq hisslərindən uzaqdır”. 

F.Balabəyli hesab edir ki, bu baxımdan indi ilk onluqda yer almayan əsərlərin gələcək nəsillərə hansı təsirlər göstərəcəyini demək çətindir. Onun fikrincə, ola bilsin, gələcək nəsillər ümumiyyətlə belə kitablar yazanların ədəbiyyatdan silinməsini istəyəcəklər. “Gələcək haqda proqnoz vermək çətindir. Amma fakt odur ki, ermənilər artıq bu cür kitablardan imtina edirlər və əksəriyyət dərk edir ki, bu onları fəlakətə aparır. Bu kitablar indiyə qədər minlərlə erməni gəncini bədbəxt edib. Əksəriyyət dərk edir ki, uydurma genosid və “Arsax” mövzusu onları dinc yaşayışdan uzaqlaşdırır. Erməni "genosidi" barədə romanın 5-ci, "Arsax müharibələri" romanının isə 6-cı yeri tutması əslində ermənilərin bu məsələdən səssiz imtinasını göstərir. Onlar kütləvi olaraq bu mövzulara səssiz etiraz edirlər. Halbuki, əvvəlki dövrdə mənzərə tamam başqa cür idi. Artıq bu hadisə göstərir ki, erməniləri uzun illər öz ətrafında birləşdirən hər iki çürük ideologiya iflasa uğrayır. Bu da onların milli ideologiyasının məhv olması deməkdir.  

Onların nicatı səmimi qonşuluq münasibətlərinə “hə”, müharibəyə isə “yox” deməkdədir. Bu yolu tutmalıdırlar. Bununla belə başları üzərində dəmir yumruq qorxusunu da hiss edirlər” - deyə F.Balabəyli qeyd etdi.

F.Balabəyli vurğuladı ki, Z.Balayanın “Ocaq” kitabı başdan-başa terroru, erməni şovinizmini, işğalı “tərənnüm” edir, bu kitab indiyə qədər saysız insanın beynini zəhərləyib. O, həmçinin qeyd etdi ki, bu kitabda Azərbaycan xalqının, körpələrimizin başına gətirilən faciələr, amansızlıqlar əks olunub...    

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031