Almaniya Rusiya-NATO müharibəsinə hazırlaşır...
Almaniyanın Müdafiə Nazirliyi Rusiyaya qarşı başlaya biləcək müharibəyə hazırlaşır. Trend xəbər verir ki, bu barədə Almaniya KİV-i yazır.
Məlumata görə, "Bundeswehr" Rusiya-NATO münasibətlərinin bir neçə həftəyə gərginləşəcəyini gözləyir.
Qeyd olunub ki, Rusiya-Qərb münasibətləri kulminasiya nöqtəsinə çatacaq və 2025-ci ilin yayında müharibə qaçınılmaz olacaq.
Almaniyanın bununla əlaqədar olaraq, Rusiya ilə mümkün münaqişə ssenarilərini nəzərdən keçirdiyi bildirilir.
KİV NATO və Rusiya qarşıdurmasının böyük ehtimalla Belarus və Kalininqrad vilayəti arasında Suvalsk dəhlizində baş verəcəyini yazır. Lakin bu qarşıdurmanın nə ilə yekunlaşacağının məlum olmadığını qeyd edir.