KÖHNƏ VERSİYA            

Sənsiz yaşamaq çox çətin... - Altıncı yazı

Image

Nəhayət xanım alboma bax-baxa gah kövrəlir, gah dü­şü­nür, gah da titrək barmaqları ilə şəkillərdən boylanan öv­­ladlarının çöhrələrini sığallayır, köks ötü­rürdü... Anidən gözlərini bayırdakı boşluqlara dikdi və dedi:

- Musa şair idi. - Bir qədər susdu, yenidən dedi: - Alt­mı­şa yaxın şeiri var. Onları toplayıb kitab halına salsam, bir borcdan çıxaram...

İçimdən ani sızıltı keçdi. Sanki içimdəki “mən” pıçıltı ilə, yalnız özünün eşidəcəyi səslə dedi:

- O borc sənin deyil, bizim hamımızın borcudur, şəhid anası. O şeirləri kitab halına salmaq şəhid qardaşımıza verəcəyimiz ən doğru hesabat olar...

Nəhayət xanım qarşıma çöhrəsi solmuş bir dəftər vərəqi qoydu. Orada “Ana” şeiri əks olunurdu. Şeir belə idi: 

Dünyanın ən gözəl varlığı - Ana,

Mən sənə möhtacam hər zaman, hər an.

Sənsiz yaşamağım çox çətin olar,

Səni çox sevirəm, ey gözəl ana.

 

İlk dəfə sən verdin mənə sevgini,

Yerişi, gülüşü, kədər, sevinci,

Dil açdım, söz dedim mən inci-inci,

Səni çox sevirəm, ey gözəl ana.

 

Xətrinə dəymişəm, bağışla məni,

Saçların ağarıb buludlar kimi,

Bir damla göz yaşına qurbanam sənin,

Səni çox sevirəm, ey gözəl ana.

 

Hər “Ana” deyərkən ürəyim əsdi,

Yolumu bir anlıq qaranlıq kəsdi,

Sənə qovuşmaqçun qüvvətim bəsdi,

Səni çox sevirəm, ey gözəl ana.

 

Sənin nəfəsindi məni yaşadan,

Allah yanımızdan almasın səni.

Öyüd-nəsihəti sən verdin mənə,

Səni çox sevirəm, ey gözəl ana.

Bu şeirdə bir şəhid şairin ana sevgisi, ürək çırpıntıları, kövrək ruhu əks olunur. Anasını qiblə kimi xarakterizə edən Musa “Səni çox sevirəm, ey gözəl ana” fikri ilə sanki and içir... 

...O, bu andı illər sonra Vətən uğrundakı şücaəti ilə təsdiq etdi.  

***

Nəhayət xanımın qarşıma qoyduğu vərəqlərdə daha bir neçə poetik nümunə sıralanıb. Musanın illərdir xınalı çi­çək­lər kimi (bir-bir) ipə-sapa keçirdiyi bu şeirlərin əksərində böyük həyat eşqi tapıram. (Sonra da) düşünürəm ki, görəsən, o, bu böyüklükdə təpəri (o qədər də böyük olmayan) vücuduna necə sığışdırıb? 

Musanın poetik duyğusu yüksək amal, məslək, əqidə, yurd, Vətən, din və inanc uğrunda təmənnasız çarpışmaq fəh­midir. O, bir növ, söz uğrunda savaşın cəsur dö­yüş­çü­südür. O, həyatın mübarizələrinə yaxından şahidlik edir, prosesləri dəqiq izləyir. Vətən, torpaq, yer-yurd, el-oba şərəfinin nə olduğunu bilir, hər kəsi onun fəhmi qarşısında ədalətli, nəhayətdə, Vətən olmağa səsləyir. Bu prizmadan yanaşaraq deyə bilərəm ki, Musa üçün söz, vəslinə ye­tə bildiyi poeziyanın ən yüksək mərtəbəsi, başqa bir ra­kurs­da da Vətəndir. 

Maraq doğuran haldır ki, Musanın şeirlərində milli mən­lik, qürur, milli mənsubiyyət sətiraltı deyil, aşkardır. O, yaşadığı az həyatı da milli sanır, hadisələrə də milli ruhla nüfuz edir.   Elə nümunə kimi verdiyim “Ana” şeirində də insanı təqdir edən poetik vəsfin ənənəvi tərzi ilə qabaq-qənşərəm. Musa üçün eşq də Vətən qədər üstün məqamdır, onun ləngərində duruş gətirə bilmək hər kəsə müəssər deyil. “Ana” şeirində pərvanə ola bilmək şamın hansı rakursda əriyə bilmək sevdasını anlamaq kəsbi verir.

Əlbəttə, bu cür sətiraltı zəminlər oxucunu həm düşündürür, həm ona doğru-düzgün yaşamağı öyrədir. 

Musanın elə şeiri var ki, dumanı qatıdır, leysanı-dolusu bir ölüm anı qədər üzücüdür, fəqət bir yaz yağışı kimi oxucuya bahar təravəti daddırır, duyğularını məmnun qoyur. Bu şeirlərin sehri oxucuda bir “Vətən” anlayışı yaradır...

 

Sən qalibsən, sən, ay şəhid!

 

Həsrət köçüb, lal an bitib,

Düşmən adlı yalan bitib...

Qarabağda talan bitib,

Vətən necə şən, ay şəhid,

Sən qalibsən, sən, ay şəhid!

 

Kibrit islaq, bu şam azad,

Bir qorxusuz quşam, azad.

Laçın məmnun, Şuşam azad,

Duaçınam mən, ay şəhid,

Sən qalibsən, sən, ay şəhid!

 

Dərd, atdığın oxu verir,

Sınayıbdı çoxu, verir. 

Cənnət kimi qoxu verir

Tabutunda çən, ay şəhid,

Sən qalibsən, sən, ay şəhid!

 

Əzrayıla hayanmısan?

Vətən adlı qayanmısan?

Ucalarda dayanmısan

Bayrağınla tən, ay şəhid,

Sən qalibsən, sən, ay şəhid!

“Şəhidlər bulağı” və xatirə lövhəsinin açılışı 

25 sentyabr 2021-ci il tarixində Mingəçevirdə şəhid qardaşlar Musa və Tural Həsənovların xatirə lövhəsi və adlarını daşıyan ikinci “Şəhidlər bulağı”nın açılış mə­rasimi olub. Açılış mərasimindən əvvəl Mingəçevir şəhər Şəhidlər xiyabanında şəhid qardaşların məzarları ziyarət edilib. Ziyarətdə şəhid qardaşların ailə üzv­ləri, yaxınları, Bakı, Bərdə, Goranboy, Min­gə­çe­vir, Şəmkir, Kürdəmir, Yevlax, Gəncə, Şəmkir və di­gər bölgələrdən olan şəhid ailələri, şəhid anaları, qa­zi­lər, din xadimləri, ilahiyyatçılar, şəhər sakinləri və di­gərləri iştirak ediblər. Ziyarət zamanı şəhid qardaşların məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qo­yulub, ruhlarına dualar oxunub. Ziyarətdən sonra şə­hid qardaşların valideynlərinin yaşadığı Günəşli yaşayış massivində “Şəhidlər bulağı” və xatirə lövhəsinin açılışı mərasimi başlayıb. Əvvəlcə şəhidlərin ru­hu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, sonra çıxışlara start verilib.

Daha sonra “Şəhidlər bulağı” və xatirə lövhəsinin üzərindən örpək götürülüb, açılış olub, məktəblilərin ifasında şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya təqdim edilib.

Mərasimdə şəhid qardaşların valideynləri Tapdıq və Nə­hayət Həsənovlara söz verilib. Onlar bir daha övladları ilə fəxr etdiklərini, qürur duyduqlarını deyib, həmçinin, bu gün onları tək buraxmadıqları, dəs­tək olduqları üçün başda şəhid ailələri olmaqla, bütün ziyarət və mərasim iş­ti­rakçılarına minnətdarlıqlarını bil­diriblər.

Sonda şəhidlərin adına ehsan süfrəsi açılıb. 

***

Günəşli qəsəbəsinin yuxarı səmtində - şəhid qardaşların böyüdükləri evin qarşısında məni Nəhayət xanım tək qar­şıladı. Avtobusda da eşitmişdim ki, həyat yoldaşı Tap­dıq Həsənov vəfat edib. Ağır ləngərlə Nəhayət xanımın qarşısından keçib həyətə daxil oldum. Divarlardan boylanan acı təəssüratın hənirində bişdim, gözlərimi hüzn acıları ilə doldurub dedim:

- Allah Tapdıq kişiyə rəhmət eləsin! Bu evdə indi üç müqəddəs insanın ruhu dolaşır...

Nəhayət xanım başı ilə minnətdarlıq etdi və acı-acı sı­zıl­dadı...

(Ardı var)
Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031