“Hizbullah”ın ABŞ rəsmilərinə sui-qəsd planı – ABŞ İsraili tək qoyaraq bölgədən çəkilə bilər...
“Politico”ya açıqlama verən ABŞ kəşfiyyat rəsmiləri “Hizbullah”ın Yaxın Şərqdə ABŞ-a hücum etməyə hazırlaşdığını bildirib. İddia edilir ki, təkcə Yaxın Şərqdə deyil, “Hizbullah”ın ən böyük hədəflərindən biri də ABŞ rəsmilərinə öz ölkələrində sui-qəsd təşkil etməkdir.
Rəsmilər gizli kəşfiyyat məlumatlarında İranın dəstəklədiyi döyüşçülərin belə bir planının olduğunu gördüklərini təsdiqləyiblər. Onlar “Hizbullah”ın həyata keçirə biləcəyi hücum növləri barədə təfərrüatlara varmayıblar, lakin qeyd ediblər ki, İranın dəstəklədiyi qrup regiondakı digər döyüşçülərin sahib olmadığı imkanlara sahibdir.
“Politico” xəbər verir ki, ABŞ rəsmiləri və ya əsgərlərinə sui-qəsd olarsa, o zaman müharibədən uzaq durmağa çalışan Bayden administrasiyasının siyasəti dəyişəcək. Təhlillərə görə, belə bir vəziyyətdə ABŞ İsraili tək qoyaraq bölgədən çəkilməyə üstünlük verəcək. Həm Çin, həm də Rusiyaya qarşı mübarizə aparan ABŞ-ın üçüncü bir tərəflə münaqişəyə girməyəcəyi bildirilir.
Digər tərəfdən rəsmilər ABŞ-ın artıq Yaxın Şərqdən çəkilmə planının olduğunu, lakin son günlər bununla bağlı müzakirələrə ara verildiyini bildiriblər.
TAHİR