Cümə axşamı günü, 22 oktyabr 2026
     

Əməkdar jurnalistə Əməkdar artist qədər hörmət qoyulurmu - Sorğu...

Image


Cəmiyyətimizdə xeyli anormal yanaşmalar var ki, onlara toxunmaya bilmirik. Sovet dövründən qalma olsa da, müasir dövrdə də müxtəlif sənət və peşə sahiblərinə fəxri adlar verilir. 

Əksəriyyət bunu lazımsız hesab etsə də, müəyyən bir mənada bu, sənət, peşə adamlarına stimul verir. Fəxri adların verilməsinə qarşı çıxmaq istəmirik. Bizi maraqlandıran cəmiyyətin, insanların Əməkdar jurnalistlərə, Əməkdar mühəndislərə, Əməkdar müəllimlərə, Əməkdar mədəniyyət işçilərinə, Əməkdar həkimlərə, Əməkdar elm xadimlərinə  Əməkdar artistlər qədər hörmət qoymamasıdır. Ümumiyyətlə, cəmiyyət sanki artist tayfasından başqa digər fəxri ad daşıyıcılarını görmür. İndiyə qədər bir Əməkdar müəllimin, bir Əməkdar mühəndisin, bir Əməkdar jurnalistin, bir Əməkdar həkimin xəstələnməsi, ölümü hansısa bir rezonans doğurmayıb. Hətta dövlət qurumları, ictimai təşkilatlar belə onları yada salmır, bu fəxri ad daşıyıcıları bütün problem və qayğıları təkbaşına həll edirlər. Təbii, kiçik istisnaları nəzərə almasaq. Amma bir Xalq artisti, bir Əməkdar artist xəstələnən, yaxud vəfat edən kimi, onun dəfnindən tutmuş ailəsinə dəstəyə qədər hər şey edilir. Onların ölümünü, xəstəliyini hər yerdə dilə gətirirlər, dövlət orqanları onlara dəstək üçün bir sözlə əldən-ayaqdan gedir, cəmiyyətdə həmçinin. Amma bir nəfər Əməkdar jurnalistə, Əməkdar həkimə, Əməkdr mühəndisə əhəmiyyət vermir, sanki onlar yoxmuş kimi davranırlar. Sanki əməkdar artistlər bu fəxri adın tacına çevrilib. 

Əməkdar jurnalistlərə, Əməkdar mühəndislərə, Əməkdar müəllimlərə, Əməkdar mədəniyyət işçilərinə Əməkdar artistlər qədər hörmət qoyulurmu?

Əksər ekspertlər qeyd edir ki, qoyulmur, çünki çoxlarının heç onlardan xəbəri də yoxdur. 

Ekspertlərin fikrincə, müğənnilərə ucdantutma əməkdar artist fəxri adı verib onları hər cür təmin edən, yuxarı başa çəkən bəzi dövlət qurumlarıdır. Amma onlar fəxri ad daşıyan digər peşə və sənət sahiblərinə elə də diqqət yetirmir, Əməkdar jurnalistin harada qaldığı, xəstələnəndə dava-dərman tapa bilməməsi, səssiz-sədasız ölməsi heç kəsi maraqlandırmır. 

Zülfiyyə Eldarqızı: "Əməkdar həkimlə, Əməkdar müəllimlə, Əməkdar jurnalistlə, Əməkdar mühəndislə Əməkdar artist arasında ayrıseçkiliyə yol verilməli deyil"   

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa, bədii qiraət ustası Zülfiyyə Eldarqızı "Bakı-Xəbər"ə bildirdi ki, Əməkdar adı daşıyan bütün peşə və sənət sahiblərinə eyni gözdə baxılmalıdır. "Əslində, bu insanlar seçilmiş insanlardır. Hər kəs öz sahəsinin peşəkarı olur. Bu fəxri adı daşıyan  mühəndislər mühəndislik, həkimlər həkimlik, jurnalistlər jurnalistika sahəsində, müğənnilər, aktyorlar da incənət sahəsində seçilmişlər olur. Ona görə də, cəmiyyətdə onlara bir pillə yüksəkdən yanaşırlar ki, bu adamlar fəaliyyətlərinə görə dövlət tərəfindən seçilib bu ada layiq görülüblər. Əməkdar artistlər həmişə üzdə olduqları üçün onlara hörmət, sayğı daha açıq şəkildə ifadə olunur. O ki qaldı Əməkdar jurnalitslərə, Əməkdar müəllimlərə, Əməkdar həkimlərə, onlara da sayğı göstərilir, sadəcə onlar elə də populyar deyillər. Yəni dövlət də onların peşəsinə, peşəkarlığına dəyər verib, qiymətləndirib. Hesab edirəm ki, cəmiyyətin, bəzi məmurların Əməkdar həkimlərə, Əməkdar jurnalistlərə və bu titulu daşıyan digər peşə sahiblərinə münasibəti dəyişməlidir. Cəmiyyət onları tanımırsa, bu, cəmiyyətin problemidir. Əlbəttə, digər peşə və sənət sahibləri də təbliğ edilməlidir, tanıdılmalıdır. Bəziləri təvəzökarlıq edir, özlərini təqdim edəndə titullarını demirlər, amma bunlar vurğulanmalıdır. Əməkdar həkimlə, Əməkdar müəllimlə, Əməkdar jurnalistlə, Əməkdar mühəndislə Əməkdar artist arasında ayrıseçkiliyə yol verilməli deyil.  

Təəssüf ki, mənim adımın qarşısında hələ ki, "əməkdar" sözü yoxdur, amma mənim də qürurlandığım tərəflərim var, sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. Çünki bu mənim zəhmətimlə qazandığım addır, dəyəri çox böyükdür, onu zəhmətlə qazanmışam. Biri var onu sənə verələr, biri də var sən onu zəhmətinlə qazanasan"-deyə Z.Eldarqızı vurğuladı.

Aydın Xan Əbilov: "Çox arzu edərdik ki, Əməkdar jurnalistlərə də, Əməkdar müəllimlərə də, Əməkdar mühəndislərə də böyük sayğı göstərilsin" 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Bakı-Xəbər"ə bildirdi ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da intelekttual və kreativ yaradıcılığa xüsusi önəm verilir. "Çox qəribədir ki, şairlərə, yazıçılara, incəsənət xadimlərinə, müğənnilərə, rəqqaslara verilən dəyər memarlara, mühəndislərə, jurnalistlərə, müəllimlərə, həkimlərə  verilməyib. Tarixdən də bilirik ki, bu insanların həmişə başı qeylü-qalda olub. Qız qalalarını, tarixi qalaları tikən, gözəlliklər yaradan memarların ya gözləri ovulub, ya əlləri kəsilib, ya da öldürülüblər. İndinin özündə də sanki belə düşüncə tərzi mövcuddur. Düzdür, Əməkdar memar da, Əməkdar mühəndis də gördüyü işin əməkhaqqını alır. Tutaq ki, bir bina, bir körpü tikə bilərlər, tikinti bitrəndən sonra unudula bilrlər, yaxud yeni bir işləri ilə hər kəsi təəccübləndirərlər. Amma müğənnilərin işləri həmişə gündəmdə olur, onlar toylara, ad günlərinə gedirlər, həmişə üzdə olurlar. Evdə istirahət edəndə biz onları dinləyirik. Onlar həmişə göz qabağında olduqları üçün onlarla bağlı baş verən ən kiçik hadisə belə cəmiyyətin və dövlət qurumlarının marağındadır. Bu şəxslərin "dəymə düşər" olduğu artıq qəbul edilib. Bəzən onların nazı ilə həm cəmiyyət, həm də dövlət oymağa məcbur olur. Hətta onlar vəfat edəndə  belə xüsusi təm-taraqla yola salınırlar. Tutaq ki, bir professorla, bir Əməkdar jurnalistlə, bir Əməkdar müəllimlə bir əməkdar artistin ölümü arasında müqayisə aparılsa, Əməkdar artistin ölümü daha çox səs – küyə səbəb olur, jurnalistlər daha çox onun dəfninə axışır, blogerlər daha çox maraq göstərir. Burada populyarlıq da əsas rol oynayır. Çox arzu edərdik ki, Əməkdar jurnalistlərə də, Əməkdar müəllimlərə də, Əməkdar mühəndislərə də böyük sayğı göstərilsin, bu çox vacibdir".

A.X.Əbilov hesab edir ki, biz yaşamaq üçün musiqisiz də keçinə bilərik, amma körpüsüz, yolsuz, evsiz keçinə bilmərik, savadsız qala bilərik, müalicə olunmasaq həyatımızın sonu olar. "Bu peşə və sənət sahibləri tez unudulur, amma sənət adamları əbədi olaraq yaddaşlara yazılır. Siz Əməkdar mühəndisi, Əməkdar müəllimi, Əməkdar jurnalisti hər yerdə görə bilməzsiz, onları çox adam da tanımır".

A.X.Əbilov əlavə etdi ki, bizim ölkədə son zamanlar artistlərə qarşı aqressiya var. Onun sözlərinə görə, vətəndaşlar çox zaman bu sahənin adamlarına aqressivlik göstərir. Müsahibimiz əlavə etdi ki, jurnalistləri, mühəndisləri, memarları, müəllimləri birləşdirən qurumlar var. "Hesab edirəm ki, Əməkdar artistləri ilə yanaşı digər əməkdar fəxri adı daşıyan sənət və peşə adamlarına da dəyər verilməlidir, onlar təbliğ olunmalıdırlar"- deyə o vurğuladı. 

Xəyalə Rais: "Kim soyunur, kim özünü açıb çölə qoyur ona dəyər verilir" 

Medianews.az informasiya portalına baş redaktoru, sənətşünas Xəyalə Rais "Bakı-Xəbər"ə təəssüflə bildirdi ki, nəinki Əməkdar jurnalistlərə, ümumiyyətlə jurnalistlərə münasibət qənaətbəxş deyil. "Jurnalistlərə işləri düşəndə, təsəvvür edin ki, necə yalvar-yaxar edirlər, necə dillər tökürlər. Elə ki işləri düşmür, onda jurnalistlər unudulur, yaddan çıxır, heç Allahın "sağ ol"unu belə demirlər. Siz Əməkdar artistlərə göstərilən diqqətdən danışırsız, təəssüf ki, onlara göstərilən diqqət, hörmət Əməkdar jurnalistlərə göstərilmir. Bir müğənninin, bir əməkdar artistin dirisi də, ölüsü də çox qiymətləndirilir. Başa düşürük, sənət adamlarıdır, zəhmət çəkirlər, bizim zövqümüzü oxşayırlar. Amma niyə fərq qoyulmalıdır? Cəmiyyət heç Əməkdar müəllimləri, Əməkdar həkimləri, Əməkdar jurnalistləri düz-əməlli tanımır, çünki onların təbliğatı çox aşağıdır. Kim soyunur, kim özünü açıb çölə qoyur ona dəyər verilir. Bu da təəssüf doğurur"-deyə X.Rais qeyd etdi.

Leyla QARAXANLI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ