"Ukraynada hazırlanmış silahlı qruplar Belarusda sabitliyi pozmağa hazırlaşır" - Volfoviç
Belarusda sabitliyini pozmaq məqsədi ilə Ukrayna ərazisində diversiya-kəşfiyyat qrupları və qeyri-qanuni silahlı dəstələr hazırlanır. Bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.
"Biz bilirik ki, Ukrayna ərazisində təxribat-kəşfiyyat qrupları və qeyri-qanuni silahlı birləşmələr hazırlanır, onların məqsədi Belarusda vəziyyətin sabitliyini pozmaqdır. Təbii ki, bütün bunlar bizi müvafiq tədbirlər görməyə vadar edir", - Volfoviç deyib.
Bundan əvvəl Belarus DTK-nın rəhbəri İvan Tertel bildirmişdi ki, bir sıra qonşu Qərb ölkələrində və Ukraynada Belarus ərazisində kütləvi iğtişaşlar və terror aktları təşkil etmək istəyənlər üçün təlim düşərgələri fəaliyyət göstərir.
O, həmçinin bildirib ki, Belarus xüsusi xidmət orqanları ölkədə stabilliyi pozmağa çalışacaq konkret şəxsləri müəyyən edib. Onun sözlərinə görə, Belarusu tərk edən radikal müxalifət nümayəndələri Qərb sponsorlarından Belarusa qarşı təxribat fəaliyyəti üçün 250 milyon dollar istəyiblər.
DTK rəhbəri bildirib ki, 100-dən 300-ə qədər silahlı xarici kəşfiyyat xidmətləri tərəfindən Belarus ərazisində növbəti hərəkətlər üçün hazırlanıb.Onun sözlərinə görə, Ukrayna tərəfinin silahlandırdığı qrup, planlaşdırıldığı kimi, Ukrayna tərəfdən Belarus ərazisinə daxil olmalıdır. Bununla belə, DTK rəhbəri diqqəti digər hissələrdən yayındırmaq cəhdlərinin olacağını istisna etməyib. Sonra o, bildirib ki, xarici təlimatçılar təkcə Ukraynada deyil, Polşa və Litvada da döyüşçülərin peşəkar hazırlığı ilə məşğul olurlar.