Fransada əcnəbi tələbələrə qarşı ayrı-seçkilik - 2 ildə 5 min tələbə təcrübələrdən kənarda qalıb
Fransada adlarından Afrika əsilli olduğu anlaşılan hüquq tələbələrinin təcrübə müraciətlərində ayrı-seçkiliyə məruz qaldığı ortaya çıxıb.
“Le Parisien”in məlumatına görə, təcrübə keçmək istəyən hüquq fakültəsi tələbələrinə köməklik göstərən “La Courte Echelle” Dərnəyinin prezidenti Youssef Badr, adları xarici vətəndaş kimi görünən tələbələrə müraciətlərində ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib.
Badr 2 ildir fəaliyyət göstərən dərnəyin universitet təhsilindən imtinaya qarşı mübarizə məqsədilə yaradıldığını bildirib. Xüsusilə dövlət sektorunda işləmək istəyənlər üçün təcrübə təşkil edən dərnəyə hər gün təxminən 10 hüquq fakültəsi tələbəsi müraciət etdiyini bildirən Badr, bu müraciətlərin sayının 2 ildə 5 mini keçdiyini deyib.
Bədr təcrübə istəklərinə müsbət cavab almadan dərnəyə müraciət edən tələbələrin həmişə eyni profildən, şəhərətrafı yerlərdən gələn əcnəbi gənclər olduğuna diqqət çəkib. Digər tərəfdən, Badr təcrübə müraciətlərinə cavab ala bilməyən hüquq tələbələrinin yüzdə 95-nin Afrika mənşəli olduğunu vurğulayıb.
Adı əcnəbi kimi görünən eyni mənşəli tələbələrdən birinin başqa bir fransız əsilli tələbə ilə müqayisədə ayrı-seçkiliyə məruz qaldığına diqqət çəkən Badr, bu tələbələrin "xüsusiyyətlərinə" deyil, "kimliyinə" baxıldığını söyləyib. Badr əcnəbi tələbələrin üzləşdiyi ayrı-seçkiliyi Fransanın qurmaq istədiyi cəmiyyət üçün "fəlakət" kimi qiymətləndirib.
TAHİR