KÖHNƏ VERSİYA            

"ABŞ dini və etnik zəmində qətllərin sayının durmadan artdığı ölkələr siyahısındadır" - Vüqar Rəhimzadə

Image

ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabat və Birləşmiş Ştatlar Dövlət Departamenti tərəfindən ölkəmizin heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil edilməsi siyasi manipulyasiyadan başqa bir şey deyildir. Hesabat tərəddüdsüz Azərbaycana münasibətdə ikili standartların növbəti nümunəsidir.

Tolerant, sivilizasiyalararası dialoq mərkəzi, müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirən körpü rolunu oynayan Azərbaycanın təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir. Reallıq budur ki, ölkəmizdə tolerantlıq gerçəklikdir, multikulturalizm yaşayış tərzimizə çevrilib. ABŞ Dövlət Departamenti hər il dünyada insan hüquqlarına, dini azadlığa dair hesabatlar açıqlamaqla bir daha ədalət prinsipini hansı səviyyədə qoruduğuna aydınlıq gətirir. Bu hesabatların hansı prinsiplərə söykənərək hazırlandığı artıq məlumdur. Ölkəmizdə müxtəlif millətlərin, xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayır və fəaliyyət göstərirlər. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, Azərbaycan əhalisinin çoxmillətli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun. Ölkəmizdə yaşayan bütün vətəndaşlar milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, Avrasiya məkanında yeganə monodövlət Ermənistandır. Zaman-zaman başqa xalqları bu ölkənin ərazisindən müxtəlif yollarla çıxarıblar, kimini öldürüblər, kimini hədələyiblər, kiminin evini yandırıblar. Bütün digər millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar.

Cənab İlham Əliyevin bu fikirləri hazırladıqları hesabatları ilə qərəzli mövqelərini ortaya qoyan ermənipərəst dairələrə tutarlı cavabdır. Azərbaycanın belə qərəzli yanaşmalarla üz-üzə qalması təbii ki, ilk dəfə deyil. ABŞ Dövlət Departamentinin, həmçinin “Freedom House”, “Amnesty İnternational” kimi qeyri-hökumət təşkilatları mütəmadi olaraq ölkəmizə qarşı qərəzli mövqeləri ilə gündəmdə olublar. Demək, sonda sözü ikili standartlardan irəli gələn siyasətin təzahürləri olan qərəz, reallıqların inkarı deyil, ədalət, beynəlxalq hüquq deyir.

Baş redaktor onu da əlavə edib ki, Azərbaycan zaman-zaman demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiq edib. Azərbaycanda insan hüquqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə İnsan Hüquqları Gününün təsis edilməsi, bu sahədə qanunvericilik bazasının mütəmadi təkmilləşdirilməsi, fəaliyyət proqramlarının qəbulu və uğurlu icrası, ən əsası Milli Konstitusiyamızda əksini tapan müddəaların üçdə iki hissəsinin insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə həsr edilməsi, Ali Qanunumuza bu günədək üç dəfə əlavə və dəyişikliklərin edilməsi üçün ümumxalq səsverməsinin keçirilməsi və sair kimi biri-birindən mühüm addımlar ABŞ Dövlət Departamentinin hesabatlarının nə qədər qərəzli, əsassız olduğunu nümayiş etdirir. Ümumilikdə Azərbaycan dövlətinin siyasətində insan amili əsasdır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan 2001-ci ildə demokratik prinsiplərin bilavasitə inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini əməli işdə təsdiqlədiyini bir daha nümayiş etdirib. Ən yüksək tribunalardan bu mühüm məqam bəyan edilir ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Demokratiya strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu baxımdan ABŞ Dövlət Departamentinin hər il dünyada insan huquqlarına dair vəziyyətin öyrənilməsi və təqdimatı adı altında apardığı ikili siyasəti ortaya qoyması ölkəmiz üçün heç bir mahiyyət kəsb etmir. Belə yanaşmalar Azərbaycanın tutduğu demokratiya yoluna kölgə salmaq imkanında deyil. Ədalətə, beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətlər, təşkilatlar bu reallıqlarımızı yüksək dəyərləndirir, Azərbaycanın uğurlarını həzm etməkdə çətinlik çəkən dövlətlər isə buna kölgə salmaq üçün ən çirkin yollara əl atırlar.

Baş redaktor vurğulayıb ki, hesabatda diqqəti çəkən məqamlardan biri də işğaldan azad edilmiş ərazilərimizdə erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlığın ifadə olunmasıdır. Azərbaycanın tolerant ölkə olması bu narahatlıqların nə qədər əsassız, ən əsası nə qədər məqsədli olduğuna işıq salır. Belə bir narahatlığı ifadə edənlər ermənilərin 30 illik işğal dövründə tarixi və dini abidələrimizi yerlə-yeksan etmələrinə, məscidlərimizdə donuz saxlayaraq ümumilikdə İslam dünyasına hörmətsizlik etmələrinə niyə göz yumurdular? Onda bu narahatlıqlar niyə dilə gətirilmirdi? Azərbaycan bununla bağlı ən yüksək tribunalardan çağırışlar etdi. Amma əksər dünya gücləri, beynəlxalq təşkilatlar susmaqla açıq-aşkar Ermənistana dəstək olduqlarını nümayiş etdirdilər. Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən hər kəs erməni vəhşiliklərinin, vandalizminin təzahürlərinin şahidi oldular.

Vüqar Rəhimzadə bildirib ki, hər bir hesabat onun təqdimatında maraqlı olan dairələrin ölkəmizə qarşı hansı mövqedə olduqlarına aydınlıq gətirir. 30 illik işğal dövründə artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanın Ermənistana dəstəklərinin hansı problemlərə yol açdığı göz qabağındadır. Bu dəstək səmimiyyətdən deyil, işğalçı ilə təcavüzkarı müdafiə edənləri eyni dəyərlərin birləşdirməsindən irəli gəlir. Başqa dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsini keçən adları çəkilən dövlətlər yaxşı olar ki, özlərinin yürütdükləri siyasətə diqqət yetirib, öz davranışlarında müasir dünyanın çağırışlarına uyğun dəyişikliklər etsinlər, ədaləti, beynəlxalq hüququ çirkin niyyətlərinə, maraqlarına qurban verməsinlər. Qərəzli hesabatın Azərbaycana aid hissəsinin Livan ermənisi Daniella Aşbaxyan tərəfindən hazırlanması “tələsik” hazırlanan “sənəd”in mahiyyətinə işıq salır. O, Livanın Los-Ancelesdəki konsulluğunda çalışıb, Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. Artıq bu faktlar özü bütün məqamlara aydınlıq gətirir. Bu faktı da qeyd edək ki, ABŞ dini və etnik zəmində qətllərin sayının durmadan artdığı ölkələr siyahısındadır. “Öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmağa” adətkar olan bu dövlətlər digər ölkələrdə insan hüquqlarının qorunması məsələsinə lupa ilə baxmaqdansa, siyasətlərinə bir daha nəzər salsalar həyəcan təbilinin çalındığı ölkə olduqlarının şahidinə çevrilərlər.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031