Şimal zonasında qarın hündürlüyü 1 santimetrə çatıb
Bu gün səhər saatlarından başlayaraq Quba, Xaçmaz və Şabran rayonlarının ərazisinə yeni ilin ilk qarı yağıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən açıqlamada deyilir ki, qarın hündürlüyü Qubanın mərkəzində, Qusarın Ləzə kəndində, Xaçmaz və Şabran rayonlarında 1 santimetr olub. Həmişəkindən fərqli olaraq, bu dəfə yüksək dağlıq ərazilərdə qar qeydə alınmayıb.
Qubanın Qırız kəndində temperatur mənfi 8, Xızının Altıağac qəsəbəsində isə mənfi 6 dərəcəyə düşüb.
Mətləb