ABŞ HƏMAS və SEPAH ilə əlaqəli şəxslərə yeni sanksiyalar tətbiq etdi
ABŞ HƏMAS və İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib. Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) HƏMAS ilə əlaqəli şəxslərə və maliyyə şəbəkələrinə qarşı 2-ci sanksiyalar paketini qüvvəyə salıb.
Siyahıya HƏMAS ilə yanaşı, SEPAH nümayəndələri, eləcə də, HƏMAS və Fələstinin "İslami Cihad" təşkilatına qeyri-qanuni maliyyə vəsaitlərinin ötürülməsində kanal rolunu oynayan İran şirkəti də əlavə olunub.
Bundan başqa, ABŞ Qəzza zolağında fəaliyyət göstərən "Əl-Ənsar" xeyriyyə təşkilatı və direktoru Nasser əş-Şeyx Əliyə qarşı da sanksiya tətbiq edib.