ABŞ rüşvət iddiaları ilə çalxalanır - Assosiasiya prezidenti istefa verdi
ABŞ-da fərdi silah hüquqlarını müdafiə edən Milli Silah Assosiasiyasının (NRA) prezidenti Ueyn LaPer, ona qarşı açılan rüşvət işi ilə əlaqədar məhkəmədən əvvəl istefa verib.
Assosiasiyadan LaPerin səhhəti ilə əlaqədar istefa verdiyi bildirilib. Açıqlamada LaPerin ona qarşı açılan rüşvət işi ilə mübarizəsini davam etdirəcəyi qeyd edilir.
Assosiasiyanın açıqlamasında "Bacardığımız hər şeydən qürur duyuram, Milli Silah Assosiasiyasından istefa verdiyimi bildirirəm. Hər kəsin silah sahibi olmaq hüququnu müdafiə etməkdən heç vaxt çəkməyəcəyəm" deyə LaPerin sözlərinə də yer verilib.
1991-ci ildən NRA-nın prezidenti olan 74 yaşlı LaPer şəxsi təyyarə səfərləri, yaxta gəzintiləri, Afrika safariləri və bu kimi fəaliyyətlər üçün "milyonlarla dollar rüşvət almaq"da ittiham edilir.
İş üzrə məhkəmə iclası yanvarın 8-də keçiriləcək.
Ölkədəki silahlı zorakılıqda video oyunları, media və siyasətçiləri günahlandıran LaPer, "Silahlı pis adamı dayandıran tək şey silahlı yaxşı adamdır" deyərək vətəndaşların silah daşımaq hüququnu müdafiə edir.
TAHİR