Bakıda evdən 14 min manat və 6 minlik qızıl oğurlandı
Bakıda mənzildən külli miqdarda oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu ərazisində mənzillərin birindən 14000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.