KÖHNƏ VERSİYA            

Sülhməramlıların qalması 2025-dək nəzərdə tutulub, bu sənəd əsasdır - Ceyhun Bayramovdan hökm kimi sözlər...

Image

Xarici İşlər Nazirliyində 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək deyib ki, itkin düşmüş şəxslərin məsələsini beynəlxalq səviyyədə gündəmdə saxlamaq üçün genişmiqyaslı iş davam etdirilir.

“Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral, 6 iyul və 17 noyabr tarixli qərarları Ermənistanın iddialarının rədd edilməsi baxımından əhəmiyyətli oldu” – deyən nazir 

bildirib ki, Ermənistanın davamlı şəkildə öz öhdəliklərinə əməl etməməsi, danışıqları imitasiya edərək Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi mövcudluğunu davam etdirməsi cəhdləri danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunmasına imkan verməyib.

Ceyhun Bayramov qeyd edib ki, sülh prosesi barədə danışarkən mühit çox önəmlidir. Ona görə də hər hansı müsbət irəliləyiş ümumi prosesə yaxşı mənada təsir edə bilər.

Nazir bildirib ki, bu mənada, dekabr ayında baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri kimi hesab edilə bilər. Bunun önəmi ondan ibarətdir ki, proses iki ölkə arasında vasitəçi olmadan baş verdi. Noyabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir.

“2023-cü ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb. Bizi məmnun edən məqam ondan ibarətdir ki, bütün bunlar birbaşa təmas nəticəsində əldə edilib. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüquq əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik”, - deyə C.Bayramov əlavə edib.

Delimitasiya komissiyasının iclası barədə danışan nazir bildirib ki, iclasda 8 kəndin məsələsinə baxılacaq.

“Ermənistanla bütün görüşlər zamanı işğal altındakı kəndlər məsələsi müzakirə olunur. Ciddi ərazi münaqişəsi olmayan dövlətlər arasında belə delimitasiya məsələsi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha tez zamanda başa çatmasında maraqlıyıqsa, iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz”- o deyib.

Nazir onu da deyib ki, o kəndlərin də spesifikaları var: “Onlardan 4-ü anklav kəndlərdir, 4-ü isə bizim digər kəndlərə bitişikdir. Bununla belə, Ermənistanın da öz iddiaları və sərhədlərlə bağlı baxışları var. Biz isə konkret olaraq yaşayış məskənlərindən danışırıq. Onların kimə məxsusluğu heç zaman mübahisə mövzusu olmayıb, orada minlərlə insan yaşayıb. Hamı bilir ki, sovet Azərbaycanında bu kəndlər kimə aid olub. Ona görə də bizim tələbimiz ədalətlidir”.

Ermənistanla sülh müqaviləsi ilə bağlı ilk layihənin Azərbaycan tərəfindən irəli sürüldüyünü xatırladan Ceyhun Bayramov “Biz hər detalı razılaşdırmağa çalışsaq, bu çox uzun proses olar. İstəyirik ki, bunun əvəzinə, ciddi fikir ayrılığı yaratmayan, hər iki tərəfin beynəlxalq universal və qarşılıqlılıq prinsipləri əsasında münasibətlərin bazasını formalaşdıran sənəd ortaya qoyulsun, imzalansın”, - deyib və əlavə edib ki, sülh müqaviləsinə gedən yol açıqdır, bunu əldə etmək çox real görünür.

Nazir bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətləri tənzimləyən çoxsaylı sənədlər var. Onlardan 4-ü dövlətlərarası münasibətləri formalaşdırır.

“2022-ci ildə, həmçinin 44 günlük Vətən müharibəsindən sonra imzalanan məlum bəyanatlarda da göstərilir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıyır. Bu yanaşma bütün təmaslar zamanı Rusiyadan olan həmkarlar tərəfindən təsdiqlənib”, - deyə nazir bildirib.

C. Bayramov sülh prosesini və müqaviləsini Azərbaycanla Ermənistan arasında olan ikitərəfli proses adlandıraraq deyib: “Burada hansısa dövlət müsbət töhfəsini vermək istəyirsə, - əgər o neytraldırsa, -gündəliyi pozitivdirsə, - biz onu qəbul etmişik. Son illərdə belə təşəbbüslər Rusiya, Avropa İttifaqı və ABŞ tərəfindən də olub”.

Nazir Bayramov Azərbaycan-Ermənistan XİN başçılarının dövlət sərhədində görüşə biləcəyini də deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi üçüncü ölkələrin girovuna çevrilməməlidir. 

“İki ölkə XİN başçıları arasında dövlət sərhədində görüşə bilər. Belə bir təklif tərəfimizdən səsləndirilib. Azərbaycan və ya Ermənistanda keçirilməsinə gəlincə isə, potensial olaraq niyə də yox? Gec-tez biz bunu da görəcəyik.

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında 2023-cü ildə ikisi Vaşinqton, ikisi isə Moskvada olmaqla ümumilikdə 4 görüş keçirilib. Azərbaycanın təşəbbüsü ilə 23 oktyabr tarixində xarici işlər nazirlərinin Tehranda qeyri-rəsmi görüşü baş tutub”,- deyə nazir əlavə edib.

Ermənistan baş naziri tərəfindən Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasını Ermənistanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyini bildirən Nazirin sözlərinə görə, azərbaycanlılar dədə-baba torpaqlarına qayıdacaqlarına ümidlidirlər: "Amma Ermənistanın mövqeyi təəssüf və təəccüb doğurur. Ermənistan baş naziri Nikol Paşinyan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Bu yanaşma sülh müqaviləsi sahəsində Ermənistanın mövqeyi ilə uyğunsuzluq təşkil edir".

XİN rəhbəri qeyd edib ki, özünü qondarma qurumun rəhbəri elan edən şəxs və ətrafında olan bir ovuc eyni qəbildən olan insanların Azərbaycan ərazisindən Ermənistana köç edəndən sonra yaddaqalan yeganə addımı Ermənistan hakimiyyətindən ilin sonuna qədər öz maaşlarını tələb etməsi idi.

Ermənistan və Hindistan arasında silah alış-verişinin Azərbaycan tərəfindən diqqətlə izləndiyini qeyd edən Ceyhun Bayramov “Hindistanın rəsmi mövqeyi ondan ibarət olub ki, heç zaman Ermənistana silah satışını Azərbaycanı Türkiyə Pakistanla olan dostluq münasibətlərilə uzlaşdırmayıb. Rəsmi mövqe budur. Bizim çatdırdığımız mesajlar sadə və məntiqlidir. Bu ondan ibarətdir ki, siz buna kommersiya layihəsi olaraq baxmamalısınız. Burada uzun müddət işğal faktoru olub. Müharibə başa çatıb və bölgədə sülh üçün tarixi şans yaranlb. Belə məqamda bu addımların atılması və Ermənistanda olan revanşist qüvvələrin olması onları daha da ruhlandırır.

Regionda öz mövcudluğunu genişləndirmək istəyənlər bu reallıqları nəzərə almalı və müsbət gündəliklərlə gəlməlidir” ,- deyə bildirib.

Ceyhun Bayramov Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyindən də danışıb. O deyib ki, sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub. 

"Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var və bu sənəd liderlər səviyyəsində imzalanıb. Həmin sənəddə Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub. Bu sənəd əsas götürülməlidir", - o qeyd edib.

Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşının arzuolunmaz şəxs elan edilməsindən danışamn nazir Fransa səfirliyinə nota göndərildiyini, lakin qarşı tərəfin araşdırmadan imtina etdiyini bildirib.

“Fransa dövləti öz əməkdaşlarının günahsızlığından əmin idisə, buna gedə bilərdi. Onlardan heç bir cavab daxil olmadı. Dünən Fransa bizim səfirliyin iki əməkdaşını arzuolunmaz şəxs elan etdi. Bizim və Fransanın atdığı addımlar arasında fərq var. Biz sübut və faktlarla danışırıq. Fransa tərəfinin heç bir əsası olmayan bu addımı həmin ölkənin atdığı növbəti səhv addım idi”, - deyə nazir vurğulayıb.

Ceyhun Bayramov Fransanın "Total" şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunaraq deyib ki, biz məsələləri bir-birinə qarışdırılmağın tərəfdarı deyilik. Fransanın “Total” şirkəti Abşeron yatağına illər əvvəl maraq göstərib və tenderi qazanıb.

“Kontrakt saziş var. Tərəflərin öhdəlikləri bu müqavilədə nəzərdə tutulub. Azərbaycana yüzlərlə şirkət investisiya qoyur, gəlir götürür və faydalanırlar. Ancaq onların hüquqları ilə yanaşı öhdəlikləri də var. Hesab edirəm ki, bu da həmin müqavilədə nəzərdə tutulan hüquqa əsasən tənzimlənəcək. Mən burada ciddi risklər görmürəm. İnanıram ki, həmin sazişlərdə bütün öhdəliklər və hüquqlar əks olunub”, - deyə nazir əlavə edib.

“Qonşu dövlətlərlə münasibətlər xarici siyasətdə prioritet yer tutur”- deyən nazir bildirib ki, İranla gərginliyi yumşaltmaq mümkün olub: “İki ölkə arasında sözügedən mövzuda yüksək səviyyəli təmaslar baş verib. Təmaslar nəticəsində gərginliyi yumşaltmaq mümkün olub".

Nazirin sözlərinə görə, terror hadisəsindən sonra Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması məsələsinin İran tərəfi ilə müzakirə mövzusu olduğu sirr deyil.

“Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, məlum cinayəti törətmiş şəxs ən sərt formada cəzalandırılmalıdır. Eyni zamanda, Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizliyinə tam zəmanət verilməlidir. İranın hüquq-mühafizə orqanları müəyyən işləri yekunlaşdırıb. İran tərəfindən bizə məhkəmə prosesinin başlanması ilə bağlı tarixlər də verilib. Gözləntilərimiz həmin məhkəmə prosesinin keçirilməsi və onun nəticələri ilə bağlı olacaq. Məhkəmə prosesi və onun nəticələrindən asılı olaraq, növbəti qərar qəbul ediləcək. Qeyd etdiyim məsələlər müsbət həllini taparsa, səfirliyimizin İranda fəaliyyətinin bərpa edilməsi mümkün olacaq”, - deyə nazir qeyd edib.

Nazir Azərbaycanın ABŞ-la da münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu diqqətə çatdırıb. ABŞ Dövlət katibinin köməkçisinin Konqresdə çıxışında Azərbaycana qarşı qərəzli ifadələr işlətməsinə Azərbaycan tərəfinin adekvat cavab verdiyini qeyd edən nazir deyib ki, bundan sonra bir sıra müsbət inkişafın şahidi olduq. “Bu müsbət inkişaf Dövlət katibinin təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə telefon danışığı, Dövlət katibinin köməkçisinin Azərbaycana səfəri, səfər kontekstində Azərbaycan-Amerika münasibətləri barədə bir sıra müsbət mesajların verilməsi olub”, - deyə nazir qeyd edib.

Azərbaycanın ABŞ-la münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu söyləyən Ceyhun Bayramov bildirib: “Biz hesab edirik ki, ABŞ və Azərbaycan bir-biri üçün hər zaman yaxşı tərəfdaş olub. İstər enerji təhlükəsizliyi, nəqliyyat məsələləri ilə bağlı, istərsə də qlobal cinayətkarlığa, terrorizmə qarşı mübarizədə və digər istiqamətlərdə çoxsaylı layihələr həyata keçirmişik. Münasibətlərin inkişafında maraqlıyıq”.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031