KÖHNƏ VERSİYA            

"Xatirə Kitabının nəşrləri şəhidlərə qoyulan ölməz abidələrdir" - şəhid xatirəsinə möhtəşəm toplantı...

Image

Şəhidləri ölməz, əbədiyaşar edən amillərdən biri onların Vətən qarşısında öz borclarını təmənnasız yerinə yetirmələridir. Vətən də canını ona vəda edən, qanını torpağına qatan oğulları heç zaman unutmur. 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası uzun illərdir ki, Vətən şəhidlərinin solmaz xatirəsini əbədliləşdirməklə, kitablaşdırmaqla, filmləşdirməklə məşğul olur. Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub və bu cildlərin hər biri də bir canlı əsərdir. Elə filmlər də. İndiyə kimi Redaksiya “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 şəhid haqqında dəyərli filmlər çəkib və onlardan 4-ü əvvəlki dövrlərdə təqdim edilib, yeni çəkilən 4-ü isə dekabrın 20-də Nizami Kino Mərkəzinin böyük zalında təqdim olundu. Respublikanın nüfuzlu şəxslərinin, millət vəkillərinin, ictimai-siyasi xadimlərin, ədəbiyyat, sənət adamlarının, media kapitanlarının, dövlət qurumlarının, ictimai təşkilatların təmsilçilərinin, hərbiçilərin, müharibə veteranlarının, şəhid ailələrinin qatıldığı təqdimat mərasimi sözün həqiqi mənasında şəhidlərimizin müqəddəs ruhuna layiq tədbir oldu. 

Layihə müəllifi və direktoru Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nuru olan “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında çəkilmiş növbəti 4 film Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirir. Filmlərin nümayişindən əvvəl ölkənin tanınmış simaları Respublika Xatirə Kitabı Redaksiyasının fəaliyyəti gördüyü işlərlə bağlı danışdılar, maraqlı fikirlər, təşəbbüslər səsləndirdilər.

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub 

Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı tədbir iştirakçılarını salamladı. Azərbaycanın dövlət himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərin xatirəsi işığında çıxış edən aparıcı bildirdi ki,  müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Redaksiya barədə məlumat verən aparıcı vurğuladı ki, bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

Qeyd edildi ki, bu kitabda, əsasən İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür. Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir. 

“Şəhidlər ölməz, Vətən bölünməz!” 

Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırlar. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, heç kim unudulmur, heç nə yaddan çıxmır!.

Aparıcı qeyd etdi ki, xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss edir, bu istiqamətdə araşdırma işləri aparır və bu ənənəni hazırda da davam etdirməkdədir. Respublika Xatirə Kitabı Redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. O vurğuladı ki, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi istiqamətində bu kimi filmlər böyük əhəmiyyət kəsb edir.

“Xatirə Kitabı öz üzərinə düşən missiyanı...”

Aparıcı Redaksiyanın fəaliyyəti ilə bağlı geniş məlumat verdikdən sonra sözü millət vəkili Aydın Hüseynova verdi. Respublika Xatirə Kitabı Redaksiyasının fəaliyyətini təqdir edən A.Hüseynov bildirdi ki, bu redaksiyanın ülu öndər tərəfindən yaradılmasının xüsusi əhəmiyyəti var: “Hesab edirəm ki, Xatirə Kitabı öz üzərinə düşən missiyanı, ən başlıcası isə ulu öndər Heydər Əliyevin tapşırıqlarını, tövsiyələrini çox böyük uğurla həyata keçirir. Qarşılarına qoyulan məqsədləri çox gözəl şəkildə yerinə yetirə bilirlər. Buna görə Xatirə Kitabı Redaksiyasının rəhbərliyinə, kollektivinə təşəkkür edirəm”.

Redaksiyanın həyata keçirdiyi layihələri təqdir etdiyini bildirməklə yanaşı  qeyd etdi ki, görülən işlər şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Şəhid ailələrinə hörmətini ifadə edən millət vəkili qeyd etdi ki, şəhidlərə həsr edilən tədbirdə iştirak etməklə qürur duyur.    

Millət vəkilinin cıxışından sonra aparıcı bildirdi ki, Xatirə Kitabı yeni kitablar, yeni layihələr istiqamətində işləyir və gələcəkdə yeni örnəklər təqdim ediləcək. 

“Respublika Xatirə Kitabının timsalında şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi bütün başqa ölkələrin təcrübəsindən fərqlidir”  

Z.Eldarqızı qeyd etdi ki, Respublika Xatirə Kitabı redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. Sonra isə Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü, “Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyevə söz verdi. Çox maraqlı fikir və təkliflərlə çıxış edən A.Quliyev “Bizim cəmiyyətimiz hələ yaşayır, döyüşür, vuruşur və şəhidlərin xatirəsini belə əziz tutursa, yaşatmaq fikrindədirsə, onun üçün vaxt sərf etməkdən qızırqalanmırsa, demək bu millət həqiqətən də məğlubedilməzdir. Bu gün Xatirə Kitabı Redaksiyanın ərsəyə gətirdiyi sənədli filmlərin təqdimatına yığışmışıq. Bütün bunlar hamısı Respublika Xatirə Kitabının çiynində daşıdığı böyük tarixi missiyanın hissələridir. Bu missiya həqiqətən də böyük missiyadır. Bilirsiz ki, dünyanın bütün ölkələrində dövlətlər vətən uğurunda həlak olan və qəhrəman hesab etdikləri insanların xatirəsini müxtəlif formalarda əbədiləşdirirlər, heykəllər qoyurlar, əsərlər yazırlar və sair. Amma bunun Xatirə Kitabı olaraq bir missiya daşıyan təşkilatın yaradılması formasında əbədiləşdirilməsi unikal bir Azərbaycan təcrübəsidir. Xatirə Kitabını yaratmaq və onun fəaliyyəti ilə şəhidlərin xatirəsini əbədiləşdirmək rəhmətlik Heydər Əliyevin unikal tapıntılarından biri idi. Respublika Xatirə Kitabının timsalında şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi bütün başqa ölkələrin təcrübəsindən fərqlidir”-deyə bildirdi.

A.Quliyev qeyd etdi ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə təkcə  Xatirə Kitabı məşğul olmur, bütün dövlət qurumları məşğul olur və başda ölkə başçısı olmaqla şəhidlərimizin xatirəsini əbədiləşdirmək işi ölkəmizdə fasiləsiz, davamlı bir prosesə çevirilib. “Respublika Xatirə Kitabının həyata keçirdiyi missiyanın özəl xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, I və II Qarabağ müharibələri zamanı həlak olanların xatirəsi əbədiləşdirilir. İndiyə qədər neçə-neçə cildlik kitablar buraxılıb, bunlar hamısı dəyəri əsərlərdir”. A.Quliyev təklif etdi ki, Xatirə Kitabı Redaksiyasının ayrıca bir ofislə təmin olunması, fəaliyyətinin genişləndirilməsi, buraxılan kitablarının sayının artırılması, o nəşrlərin Azərbaycanda, o cümlədən də diasporun xətti ilə xaricdə yaşayan azərbaycanlılar arasında yayılması, müxtəlif xarici dillərə tərcümə edilib təqdim edilməsi arzuediləndir.   

“...Heç zaman öz şəhidlərimizi unutmuruq” 

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova da çıxışında tədbir iştirakşılarını Müdafiə Nazirliyi rəhbərliyi adından salamladı və qeyd etdi ki, Müdafiə Nazirliyi daim şəhid ailələrini diqqətdə saxlayır, onlara həssas münasibət bəsləyir. Respublika Xatirə Kitabı Redaksiyasının gördüyü misilsiz işləri xüsusi dəyərləndirən Z.Səmədova “Mənim üçün şəhidlərlə bağlı hər bir tədbir dəyərlidir. Biz fədakar və xoşbəxt xoşbəxt millətik, çünki heç zaman öz şəhidlərimizi unutmuruq”-deyə bildirdi. 

Natiqlərin çıxışından sonra Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirən filmlər nümayiş olundu. 

Bu filmlərdə nakam, lakin qəhrəman, cəsur Azərbaycan oğullarının həyatı, döyüş yolu vərəqlənir, həyat yoldaşına “birdən şəhid olaram, başınızı aşağı dikməyin” vəsiyyətini edən  Dəyanət Əliyevin övladlarının, həyat yoldaşının,  anasının, qardaşının ağlayan ürəyi, əyilməyən qüruru danışdı, bəy gərdəyinə girməyən Məhəbbət Quliyevin, həyatsevər, vətənsevər Murad Əsədovun və Toğrul Abbasovun qısa, eyni zamanda zəngin həyatı, döyüş yolu əzizlərinin dilindən səsləndi. Şəhidlərin ata-anası, qardaş-bacısı, yaxınları kimi bu həyat dastanları, kədər biçimli qəhrəmanlıq epopeyaları hər birimizi ağlatdı, həm də qürurlandırdı... 

“Bu filmlərdə vətən daşından vətəndalığa gedən yolu göstərməyə çalışdıq” 

Filmlərin ssenari müəllifi və rejissoru Vüsal Nuru “Biz şəhidimizi nə qədər seviriksə, Vətənimizi də o qədər sevirik, Vətənimizi nə qədər seviriksə, şəhidimizi də o qədər sevirik. Şəhidlərimizin vətənin daşına çevirilməsi o daşın müqəddəsləşdirilməsidir. Bu filmlərdə vətən daşından vətəndaşlığa gedən yolu göstərməyə çalışdıq”-deyə bildirdi. 

Şəhid atası Əmirsoltan Abdullayev də çıxış etdi və Xatirə Kitabının həyata keçirdiyi misilsiz işlərin şəhidlərin xatirəsinə böyük töhfə olduğunu bildirdi. 

“Şəhdilər ölmürlər, onların ruhları əbədiyaşardır” 

Tədbirin sonunda Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək bütün iştirakçılara təşəkkürünü bildirdi. “Şəhdilər ölmürlər, onların ruhları əbədiyaşardır. Bu dünya yaxşılarındır, fədakarlarındır. O oğullar Vətənə etdikləri yaxılıqları ilə şəhidlik zirvəsinə çatdılar. Bu gün burada onları yad edirik. Bilirsiz ki, şəhid anaları ilə mütəmadi görüşlər keçirirəm, hər gün qapımızı şəhid anaları açır. Bütün sullara cavab tapmaq olar, amma şəhid analarının gözlərindəki suallara cavab tapmaq mümkünsüzdür”-deyə N.Məmmədova qeyd etdi. 

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031