çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Kino qurumlarında maliyyə cinayətləri - hətta xaricə də qanunsuz pul çıxarılıb...

Image


Aydın Xan Əbilov: "Çox istərdik ki, Hesablama Palatasının Baş Prokurorluğa təqdim etdiyi o sənədlər çox ciddi şəkildə araşdırılsın" 

Hesablama Palatası Mədəniyyət Nazirliyi və Kino Agentliyində yoxlama aparıb. 

Palatanın yaydığı məlumata görə, audit Mədəniyyət Nazirliyi və Kino Agentliyi publik hüquqi şəxs  tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və kino tədbirlərinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, eləcə də kinostudiyalar tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədini daşıyıb, 2022-ci ili və 2023-cü ilin 01 avqust tarixinədək olan dövrü əhatə edib. Auditlə Nazirlik və Agentlikdən əlavə olaraq C.Cabbarlı adına "Azərbaycanfilm", "Salnamə" və "Filming Azerbaijan" studiyaları, eləcə də, Azərbaycan Dövlət Film Fondu əhatə olunub, tabelikdə olan studiyalara auditlə əhatə olunan dövrdə dövlət vəsaiti ayrılmayıb və icra edilməyib. Qeyd edilir ki, əvvəlki auditlə müəyyən edildiyi kimi, cari auditdə də dövlət vəsaitlərinə tələbat və icra göstəriciləri arasında kəskin fərqlər olub, filmlərin istehsalında ilkin olaraq özəl studiyaların iştirakı proqnozlaşdırılmasa da, il ərzində bu studiyalara 9 film ilə bağlı vəsait ödənilib, icra zamanı ilkin nəzərdə tutulandan 2,7 dəfə az sayda bədii film çəkilib, 1 filmə proqnozlaşdırılmış məbləğdən 34,8% daha çox vəsait sərf edilib.

Cari auditlə keçirilmiş müsabiqələrin nəticəsi kimi seçilmiş layihə və ssenarilər üzrə müqavilələrin bir çox hallarda bağlanılmadığı, növbəti illərdə isə yenidən analoji müsabiqələrin keçirildiyi müəyyən olunmuş, 2015-2020-ci illərdə 282,5 min manat məbləğində satın alınmış 20 ssenari üzrə film istehsal edilməyib. 2022-ci ili əhatə edən müsabiqə gecikdirmələrlə icra olunub, 2023-cü ildə isə auditin əhatə etdiyi dövrün sonunadək müqavilələr bağlanılmayıb və layihələrin icrası təmin olunmayıb, vəsaitin icra səviyyəsinin aşağı olması da məhz bu amillərlə bağlı olub.

Auditin əhatə etdiyi illərdə müsabiqələrdə iştirak etməyən filmlər də maliyyələşdirilib, 2 dövlət studiyasına 922,1 manat, digər studiyalar üzrə 6 filmə 3,5 mln. manat büdcə vəsaiti əvvəlki illərdə müsabiqədənkənar layihələr üzrə yönəldilib. Seçilmiş ssenarilər üzrə çəkilməsinə qərar verilmiş bəzi filmlər müxtəlif səbəblərdən konservasiya edilib ki, bu da maliyyələşdirilmiş hissə üzrə vəsaitin səmərəsiz xərclənməsinə yol açıb. Bu halların bəziləri üzrə, ümumiyyətlə, filmin istehsalının başlanılması barədə müvafiq əmr verilməyib, həmçinin film istehsalı işlərinin müvəqqəti dayandırılması və ya xitam verilməsi müvafiq əmrlə rəsmiləşdirilməyib. 2022-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə bağlanmış 3, "Salnamə" studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmayıb, həmin müqavilələr üzrə 304,7 min manat vəsait ödənilib.

Əvvəlki auditdə olduğu kimi, bu auditlə də bir sıra hallarda bağlanılmış müqavilələrin icra müddəti bitdikdən sonra, filmin başa çatdırılmaması səbəbindən bir sıra hallarda əlavələr edilməklə müqavilənin icra müddətinin uzadıldığı, bəzi hallarda belə uzadılmaya rəğmən istehsalın başa çatdırılmadığı, auditin əhatə etdiyi dövrdə bu halların 3,0 mln. manata yaxın vəsaiti əhatə etdiyi müəyyən olunub.

Ümumiyyətlə, həm ötən, həm də cari auditin nəticələrinə əsaslanaraq filmlərin dövlət kinostudiyalarında istehsalının təmin edilməsində əsas məqsədin həmin kinostudiyaların saxlanılma məqsədi daşıdığını, filmlərin dəyərinin bu məqsəd üzrə müəyyənləşdirildiyini qeyd etmək olar.

Dövlət və özəl studiyalarda 2022-2023-cü illərdə istehsal olunan filmlərin müqavilə üzrə qeyd olunmuş parametrlərinin (həcmi, növü, formatı) Dövlət Film Fonduna təhvil verilmiş göstəriciləri ilə müqayisəsi bu ya digər istiqamətdə fərqlərin olduğunu göstərib.

Dövlət sifarişlərinin yerinə yetirilməməsi səbəbindən bir sıra hallarda kinostudiyalarla bağlanılmış müqavilə çərçivəsində filmlərin istehsalına ayrılmış vəsaitin icra prosesində təyinatının dəyişdirilməsi hallarına yol verilib, bəzi hallarda isə müştərək maliyyələşmə üzrə öhdəliklər yerinə yetirilməyib ki, bu məqamlar da filmlərin ilkin dəyərinin artıq müəyyənləşdirildiyini qeyd etmək imkanı verir. Həmçinin bağlanılmış müqavilənin şərtləri pozularaq çəkilmiş filmin müstəsna yayım hüququnun Nazirliyin razılığı alınmadan üçüncü şəxsə verilməsi halı da müəyyən olunub.

Qeyd olunur ki, dövlət büdcəsindən filmlərin çəkilməsi və tədbirlərin keçirilməsi üçün ayrılmış vəsait hesabına xarici ölkələrdə və respublika daxilində keçirilən kino tədbirlərində iştirak etmək üçün bəzi hallarda xərclər təkrar maliyyələşdirilib, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən rejissorların dövlət sifarişi ilə çəkilməyən filmlərinin festivallarda iştirakının maliyyələşdirilməsinə vəsait ödənildiyi müəyyən olunub. Qeyd edilib ki, dövlət sifarişi ilə çəkilmiş filmlərdən əldə edilmiş gəlirlərin kinostudiyaların daxilolmalarında kiçik paya malik olması, həmçinin filmlərin gecikdirmələrlə başa çatdırılması və ya konservasiya edilməsi kino istehsalı üzrə fəaliyyətin müasir çağırışlara uyğunlaşmadığı nəticəsini formalaşdırıb. Belə ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına filmlərin nümayiş hüququna görə vəsait əsasən sovetlər dövründə istehsal olunmuş filmlərin nümayişindən daxil olub, dövlət sifarişi ilə istehsal olunan filmlərin nümayişi ilə bağlı Nazirliyin tabeliyində olan "Nizami" Kino Mərkəzində 2022-ci ildə cəmi 8, 2023-cü ilin yanvar-iyul aylarında isə cəmi 14 milli film nümayiş etdirilib və bu filmlərin hamısı özəl kinostudiyalarda istehsal olunub...

Bəzi hallarda filmlərin çəkilişində iştirak edən digər icraçılar tərəfindən hesabatlılığın təmin edilməməsi məqsəd-nəticə uyğunluğunun qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, eyni işlər üzrə təkrar ödəmələrin aparılması və filmlərin tam dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi ilə nəticələnib... "Kinostudiyaların zəruri və müasir avadanlıqlarla təchiz olunmaması film istehsalının keyfiyyətinə təsir edən əsas amillərdən biri olub, bu müəssisələr tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməyib və hesabatlılıqda nöqsanlara yol verilib, mühasibat uçotunun müvafiq qaydada aparılması təmin olunmayıb. Qəbul edilmiş Kollegiya qərarında kinostudiyalar üzrə hesablanmamış və uçota alınmamış vergi və sosial ödənişlərin dəqiqləşdirilmiş vergi bəyannaməsinə daxil edilərək şəxsi hesablara işlənilməsi, bəzi istiqamətlər üzrə artıq ödənilmiş və hesabda qalmış vəsaitlərin bərpası, avadanlıqların uçota alınması nəzərə alınmış, aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib"-deyə məlumatda qeyd olunur. 

"Aydın görsənir ki, bu sahədə çox ciddi maliyə pozuntuları, mənimsəmələr, pul axını olub" 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Bakı-Xəbər"ə bildirdi ki, kino sahəsində aşkarlanan maliyyə pozuntuları və nöqsanlar bu sahədə hər zaman müşahidə olunub. "Məşhur filmdə deyildiyi kimi, "bu kino ki var, qəliz məsələdir. Azərbaycan kinosu öz intibahını keçən əsrin 50-ci illərindən müstəqillik dövrünə qədər yaşadı və çox gözəl filmlər istehsal olundu, dünya ekranlarına çıxdı, tamaşaçılar indi də o filmlərin həsrətindədirlər. Müstəqillik illərində dövlət kinoya milyonlarla pul xərcləsə də, kinostidiya, Film Fondu, kinoteatrlar sistemini yenidən qursa da, rejissor, aktyor, kino ilə bağlı digər texniki və yaradıcı heyətə mükafatlar, Prezident təqaüdləri, müavinətlər verilsə də, məvacibləri dəfələrlə artırılsa da, amma get-gedə kino doğrudan qəliz məsələyə çevirildi. Kino keçmiş mədəniyyət nazirinin dövründə çox bərbad vəziyyətə salındı. Baxmayaraq ki, kommersiya filmləri çəkilirdi, onlar get-gedə dövlət sifarişi ilə çəkilən müəllif filmlərini udmağa başlayırdı, nəticədə də dövlət büdcəsi hesabına çəkilən filmlər keyfiyyət və kəmiyyətcə zəifləməyə doğru getdi. Dövlət bunu gördükdən sonra, təbii ki, bu sahəyə münasibəti dəyişmək üçün Kino Agentliyini yaratdı. Bundan başqa, Azərbaycanda kinostudiyalar var. Amma kino yenə də qalxmadı. Lakin kommersiya filmləri çəkən özəl studiyalar, kino ilə bağlı MMC-lər ardıcıl olaraq uğur qazanan kommersiya filmləri, komediyalar, hətta qonşu Rusiyada və başqa ölkələrdə baxılan filmlər çəkməyə başladılar. Prodakşnların bu üstünlüyü rəqabətə aparıb çıxardı. Nəticədə ciddi kinonu bataqlıqdan çıxarmaq üçün Kino Agentliyi yaradıldı. Keçmiş nazirin dövründə Agentliyin başına ali təhsili olmayan şəxs gətirilmişdi. Biz onun fəaliyyətində  peşəkar kinoya aid heç nə görmədik, əksinə pul yeyintiləri, dostbazlıq, "festivallar" adı altında dövlət pullarının talan edilməsi kimi mənfi hallar barədə eşitdik. Qəribədir ki, Kino Agentliyi, Mədəniyyət Nazirliyində kino sektoru, kino məmurları,   müxtəlif studiyalar, prodakşnlar, bir neçə təşkilat və kino QHT-si var, animasiya, qısa və böyük metrajlı filmlərlə bağlı festivallar keçirilir ( sənədli filmlər festivalları və qadın filmləri festivallarını da qeyd etməliyik), amma kino yoxdur. Dünya bazarına çıxara biləcək filmlərimiz yoxdur, amma xarici festivallarda "iştirak" adı altında pul silinir. Bizim dövlətdən maliyə alan filmlərimiz dünyaya çıxa bilmir, amma dövlətdən pul almayan İran, Türkiyə. Gürcüstan və başqa ölkələrin filmləri festivallarda mükafat qazanırlar. Ermənilər xarici ölkələrin rejissorlarının, kino şirkətlərinin dəstəyi ilə bizə qarşı filmlər çəkib dünyaya yayır, biz də elə bil fil qulağında yatmışıq". 

A.X.Əbilov qeyd etdi ki, kino sahəsində maliyyə yeyintilərinin aşkarlanması mənfi haldır. "Hesablama Palatasının məlumatından aydın görsənir ki, bu sahədə çox ciddi maliyyə pozuntuları, mənimsəmələr, pul axını olub, Baş Prokurorluq bu işi araşdırıb ona hüquqi qiymət verəcək. Dövlətin pulunu necə gəldi sovurmaq ən azı mənəvi cinayətdir. Çox istərdik ki, Hesablama Palatasının Baş Prokurorluğa təqdim etdiyi o sənədlər çox ciddi şəkildə araşdırılsın. Bu çox vacib məsələdir, araşdırmalar nəticəsində daha ciddi faktlar üzə çıxar"-deyə qeyd edən A.X.Əbilov bildirdi ki, tanınmış yazar Orxan Fikrətoğlunun Kino Agentliyinə rəhbər təyin edilməsi çox müsbət haldır və biz bundan sonra kino sahəsində dirçəlişi müşahidə edə biləcəyik, o, kinoya bağlı adamdır. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ