Madonnadan ŞOK etiraf: "bu yay 48 saat komada qalmışam"
Amerikalı məşhur müğənni Madonna 2023-cü ilin iyununda xəstəxanaya yerləşdiyi müddətdə 48 saat komada qaldığını etiraf edib. Bu barədə ulduz müğənni Nyu-Yorkdakı konserti zamanı bildirib.
Müğənni o günlərdə baş verənləri xatırlamadığını etiraf etsə də, sağ qalmasına kömək edən insanlara təşəkkür edib. Xüsusilə Madonna onu xəstəxanaya gətirən Şavon adlı dostuna minnətdar olduğunu qeyd edib. Sənətçi komada olarkən yalnız kabbala müəlliminin səsini eşitdiyini də bildirib.
Mətləb