İsrail ordusundan açıqlama: HƏMAS-ın daha bir rəhbər şəxsi məhv edildi
İsrail ordusu HƏMAS-ın rəhbər şəxslərindən biri olan Camal Mussanı məhv edib. Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib. Qeyd olunub ki, o, qruplaşmanın xüsusi təhlükəsizlik əməliyyatlarına cavabdeh şəxs olub. Məlumatda həmçinin HƏMAS-ın daha bir neçə hərbçisinin öldürüldüyü vurğulanıb.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
Mətləb