Ərdoğan: "Natenyahunu sildim"...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahu ilə əlaqəni kəsib. Bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. “Bunu deyəcəyəm: Netanyahu artıq bizim üçün heç bir mənada həmsöhbət deyil. Biz bunun üstündən xətt çəkdik”, – o deyib. Türkiyə prezidentinin sözlərinə görə, o, israilli həmkarı ilə əlaqəni itirib.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, beynəlxalq diplomatiyada əlaqələri tamamilə pozmaq mümkün deyil və Türkiyə İsrail-Fələstin problemində yekun sülhün bərqərar olmasına çalışacaq.
“Biz bunun üçün təşəbbüslər göstəririk və düsturlar hazırlayırıq və bunu davam etdirəcəyik. Qan tökülməsinin dayandırılması və sülhün bərqərar olması üçün əlimizdən gələni etmək əzmindəyik”, – Türkiyə lideri vurğulayıb.
Mətləb