çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Efirlərdə muğamımız toy mahnıları qarşısında belə alçaldılır - ATV-dəki kimi...

Image


Aydın Xan Əbilov: "Muğam yüksək zövqə malik insanların dinlədiyi bir musiqi janrıdır, onu bayağı musiqinin ayağına vermək olmaz"

Nəzərə alsaq ki, toy Azərbaycan mədəniyyətinin, etnoqrafiyasının ayrılmaz bir hissəsidir, onda toy mahnılarının yaranması da, ayrıca toy müğənnilərinin və onların toy repertuarlarının olması da təbii qarşılanmalıdır. 

Amma efirin, ekranın toyxanaya çevrilməsi, toy mahnılarının akademik musiqidən, muğamdan, xalq mahnılarından üstün tutulması, "toyxana müğənnilərinin daha çox tamaşaçısı, dinləyicisi var, muğam və xalq mahnılarına qulaq asan yoxdur, akademik musiqi dinlənilmir" deyilməsi bir az ürək bulandırır. 

Son zamanlar, bir qayda olaraq, sırf toy üçün işləyən müğənnilərin kanalbakanal gəzməsinin şahidi oluruq, maraqlıdır ki, onları da əsasən xanəndələrlə, muğam oxuyanlarla bir verilişə salıb akademik musiqidən xəbəri olmayanları o ki var tərifləyirlər, onların oxuduqlarına daha çox tələbat olduğunu deyirlər. Təbii ki, çox reklam olunan nəsnəyə də maraq çox olur. Təbliğat, reklam toy mahnılarının tərəfindədir, olsun. Toy mahnıları arasında da kifayət qədər yaxşı mahnılar var, toy müğənnilərindən yaxşı oxuyanlar da yox deyil. Amma bu elə qələmə verilməli deyil ki, toy müğənnilərinin auditoriyası muğam oxuyanların auditoriyasından böyükdür. 

ATV kanalında bəzi verilişlər var ki, bu verilişlərdə əsasən sənəti olanlarla sənəti olmayanlar qarşı-qarşıya gətirilir və sonda oxuduqlarının elə də dərinliyi olmayanlar sənəti olandan haqlı çıxarılır. Belə halların çox şahidi olmuşuq. 

Bəzi tamaşaçılar bizimlə əlaqə saxlayaraq bu günlərdə ATV-də yayımlanan verilişlərdən birində toy mahnılarının muğamlardan üstün tutulduğunu əks etdirən fikirlərin yayıldığını iddia etdilər

"Rəngarəng səhər" verilişində xanəndə, "Xalq ulduzu" yarışmasından tanınan İlahə İbadova ilə müğənni Şəbnəm Tovuzlunun ifasını müqayisə ediblər. İlahə qeyd edib ki, akademik ifaçıdır və oxuduqları sənət nümunələridir, sənət üçün oxuyur. Amma Ş.Tovuzlu gözəl, zil səsə malik olsa da, düzgün repertuar seçə bilmir. O, həmçinin deyib ki, onun oxuduqları illərlə yaşayacaq, amma  Şəbnəm Tovuzlunun mahnıları 2 ay sonra unudulacaq. Maraqlıdır ki, verilişin aparıcıları da, bəzi qonaqları da birmənalı olaraq Ş.Tovuzlunun ifasını təqdir etdiklərini deyiblər. Tamaşaçı qeyd etdi ki, bununla da toy manılarının muğamdandan daha çox dinləyicisinin olduğunu ortaya qoymuş oldular. Tamaşaçının sözlərinə görə, ATV ölməz muğamlarımızı   Şəbnəm Tovuzlunun oxuduqlarının timsalında bütün toy mahnılarının ayaqları altına atır, bu isə faciədir.

Əlbəttə, bu, tamaşaçının yanaşmasıdır. Bizim heç kimi təhqir etmək, antireklam yaymaq niyyətimiz yoxdur. Cəmiyyətdə Ş.Tovuzluya  da baxan var, onun kimi toy mahnılarını çox oxuyan başqa müğənnilırə baxanlar da az deyil. Ancaq muğamımızı belə ucuz tutmaq olmaz.  Bütün cəmiyyəti efirdən təsir altına salırlar ki, guya muğama baxan, qulaq asan yoxdu.        

"İndi isə bu toy bazarında yer tutmaq, pul qazanmaq uğrunda varvar bir mübarizəyə çevrilib" 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Bakı-Xəbər"ə bildirdi ki, hər bir musuqinin, hər bir ifaçının özünün həvəskarı var. O hesab edir ki, heç ABŞ-da, Rusiyada, Avropa ölkələrində də kütləvi olaraq klassik, akademik musiqiyə qulaq asılımır, folklor musiqisinə elə meyl etmir. "İnsanlar, xüsusən də gənc nəsil daha populyar olan yüngül janrlarda mahnıları sevir, şən, əhval-ruhiyyəni qaldıracaq musiqi nümunələrinə qulaq asırlar. Bu, Azərbaycanda da belədir. Xalq mahnıları, muğamları dinləyənlərlə yanaşı gənclərimiz var ki, muğama qulaq asmır, bununla da belə göstərirlər ki, guya dəbli musiqilərə - rok, rep, elektronik musiqilərə qulaq asırlar. Ən azı ilkin baxışdan bu belə görsənir. Bu baxımdan, klassik, akademik musiqi janrı sayılan və Üzeyir Hacəbəyov tərəfindən sahmana salınan muğamlara, xalq mahnılarına, bu çalarda olan bir çox musiqi janrlarına xalqın böyük əksəriyyəti, xüsusən də orta və yaşlı nəsil sayğı və sevgi ilə yanaşır. Muğam ağır, ciddi musiqi sənətidir və onun dəyəri çox yüksəkdir. UNESCO tərəfindən də qeydiyyata alınıb. Bizim muğam həm də dünya muğam sənətində yüksək standartdır, zövqlü insanlar bunu belə hesab edir".

A.X.Əbilov qeyd etdi ki, biz dünya mədəniyyətinə muğam kimi möhtəşəm sənət bəxş etdiyimiz üçün  xoşbəxt xalqıq, Azərbaycanda Beynəlxalq Muğam Mərkəzi var, bütün musiqi məktəblərində muğam tədris olunur.  "Muğam bizim qanımıza elə hopub ki, hətta toylarda belə müğənniyə muğam oxumaq sifariş veririk, ən zəif oxuyan müğənniyə də ən azı "Ana", "Ata" muğamatını oxuduruq. Biz muğama bağlı xalqıq. Bu baxımdan, kimsə kiminsə bazarını tuta bilməz. Muğamatı populyarlaşdıran, geniş kütləyə çatdıran kreativ meydanda muğamın da, xalq mahnılarının da, toy musiqilərinin də öz yeri var. Milli akademik janr olan muğam yüksək zövqə malik insanların dinlədiyi bir musiqi janrıdır, onu bayağı musiqinin ayağına vermək olmaz. Düzdür,  gənclərdən muğam sevgisi tələb edə bilmərik, çünki hələ onu dərk etmir, zamanı gələndə muğamı sevəcəklər. Biz muğamı elə təbliğ etməliyik ki, gənclər ona meyl etdi. Necə ki, vaxtilə Alim Qasımov replə muğamı sintez etdi. Xalq mahnıları və Qərb musiqisinin sintezinin də uğurlu nəticələrini görürük. Bu gün Azərbaycanda muğamla bağlı işlər görülür, muğam festivalları, simpoziumları keçirilir və sair". 

A.X.Əbilov hesab edir ki, bəzi TV-lərdə toylarda öz repertuarını muğam, xalq mahnısı, aşıq musiqisi, estrada, toy mahnıları üzərində quranlara qarşı bir təpki var. Onun sözlərinə görə, toylarda muğam dəstgahlarının oxunması indiki halda mümkün deyil, amma muğamlardan hansısa parçalar ifa etmək olar. "Azərbaycanda bir tendensiya var. Əvvəllər müğənnilər sənət yarışması müstəvisində bir-birindən üstün olduqlarını sübut edirdilər. İndi isə bu, toy bazarında yer tutmaq, pul qazanmaq   uğrunda varvar bir mübarizəyə çevrilib. Muğamat da, aşıq musiqisi də, xalq nəğmələri, meyxana, rəqslər də müxtəlif bölgələrin inhisarındadır, bunu dağıtmaq lazımdır. 

Son zamanlar Tovuzdan iki-üç müğənnimiz çıxıb ki, konsertləri, çıxışları, repertuarları ilə bəzilərini qısqandırır. Hətta onlar muğam oxuyanda da onların üstünə yeriyirlər ki, sən aşıq musiqisi oxu. Halbuki, muğam da, saz da, rəqs də, meyxana da və sair hamısı Azərbaycan mədəniyyətinin sərvətidir. TV-lər bütün musiqi janrlarını eyni qaydada təbliğ etməlidir, çünki bunlar hamısı bizimdir"-deyə A.X.Əbilov qeyd etdi.

Leyla QARAXANLI  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ