Naxçıvanda tələbələrə qarşı 621 min manatlıq kiberdələduzluq... - TƏFƏRRÜATLAR...
Naxçıvanda kibercinayətlə məşğul olan şəxslər saxlanılıb. Naxçıvan Daxili İşlər Nazirliyindən bildirilib ki, onlar müxtəlif yollarla vətəndaşları aldadaraq külli miqdarda vəsaiti mənimsəyiblər.
Belə ki, Babək rayon sakinləri Seyidov Mircoşqun Məhərrəm oğlu və Edilxanov Hikmət Məhərrəm oğlu 10-a yaxın universitet tələbəsini aldadaraq, onların hər birinin adına bir mobil nömrə və 5 bank kartı rəsmiləşdiriblər. Sonra həmin kartlar Bakı şəhərinə göndərilib və bu kartlar vasitəsilə internet şəbəkələrində kibercinayətlər törədilib. Həmin kartlardan dövriyyə 621 min manat olub.
Eyni zamanda, nazirliyin Cinayət-axtarış İdarəsinin kibercinayətlərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində Naxçıvan şəhər sakini Səfərov İlqar İslam oğlu saxlanılıb. O, sosial şəbəkədə hesab açaraq, xəstə uşağına pul yığmaq adı ilə insanları aldadaraq, 22 min manatı mənimsəyib.