Rəssam İbrahim Safinin nəfəsi bu dəfə Stokholmda duyuldu - FOTO
İsveçin paytaxtında SAF (Svensk-azerbaydzansk föreninq) təşkilatının rəhbəri Sevda Dadaşovanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın və Türkiyənin ortaq dəyəri, dünya şöhrətli rəssam, qazi Mustafa Kamal Atatürkün naturadan şəklini çəkən İbrahim Safinin həyat və yaradıcılığına həsr olunmuş eyni adlı “Rəngləri danışdıran adam” kitab və filmin təqdimatı keçirildi. Tədbirin təşkilatçısı Jalə Cəfərovanı “Qarabağ bazar günü” məktəbinin şagirdləri hazırladıqları rəqs, musiqi və mahnılarla salamlayıblar. Daha sonra uzun illərdir İsveçdə yaşayan yazıçı Eluca Atalı xanım müəllifin yaradıcılıq yolundan danışaraq qonaqların iştirakı ilə müsahibə alıb. Bir saatdan artıq çəkən müsahibədə verilən suallar cavablandırılıb, təşəkkür ifadə olunub.
Sevda xanım SAF təşkilatı adından hazırladığı Təşəkkürnaməni Jalə xanıma təqdim edib. Müəllif də Azərbaycanın dilbər guşəsi Şuşanın simvolu olan xarıbülbül rəsmi olan hədiyyələrini təqdim edib, kitablara imzaı atıb. “Göstərdiyiniz sayğı və sevgi hər şeydən öncə milli-mənəvi dəyərlərimizə verdiyiniz yeksək qiymətdir. Mən də gözümü açıb böyüdüyüm ailəmdə hər zaman belə münasibət gördüyüm üçün yaradıcılığımın ana xətti də məhz ordan qaynaqlanır: dəyərlərimizi tanımaq, sevmək və tanıtdırmaq”.
Daha sonra film nümayiş olunub. Film və kitab ətrafında verilən sualları sevə-sevə cavablandıran Jalə xanım “Bu soyuq qış günündə, həm də bazar günü zəhmət çəkən hər kəsə, xüsusilə Azərbaycanın İçveçdəki səfiri Zaur Məmmədova, Güneyli əzizlərimizə, məktəblilərə sonsuz təşəkkür edirəm” - deyib.