İsrail HƏMAS liderinin Qəzzadakı evini bombaladı...
HƏMAS lideri İsmayıl Haniyənin Qəzzadakı evi İsrail tərəfindən bombalanıb. Həmin vaxt Haniyənin evdə olmadığı bildirilib. HƏMAS-ın siyasi məmurları təhlükəsizlik səbəbi ilə ümumiyyətlə xaricdə yaşayırlar.
Bu haqda məlumat yayan HƏMAS-ın media orqanı "El-Aksa" radiosu İsrailə məxsus PUA-nın Qəzzada Haniyənin evini vurduğunu bildirib. Açıqlamada Haniyənin həmin vaxt evdə olmadığı vurğulanıb.
2016-cı ildən Qətərdə yaşayan Haniyənin ailə üzvlərinin isə hücum zamanı evdə olub-olmaması ilə bağlı açıqlama verilməyib.
HƏMAS-ın siyasi məmurları təhlükəsizlik səbəbi ilə ümumiyyətlə xaricdə yaşayırlar.
TAHİR