Tarkan bir reklam çəklişi üçün 60 milyon tələb etdi!
Türkiyənin məşhur pop-starı Tarkan bir reklam çəkilişi üçün fantastik məbləğ tələb edib. "Hürriyet" nəşrinin yazdığına görə, ifaçı reklamvericilərdən kamera qarşısına keçmək üçün 60 milyon lirə (3 milyon 517 min 085 manat) istəyir. Bu təklifin ardından markalar Tarkanla çalışma istəyindən imtina edib.
Nəşrdən bildirilib ki, hazırda Türkiyədə "A" kateqoriyasına daxil olan məşhurların reklam qiyməti 15-20 milyon (879 minlə 1 milyon manat) lirədir.