KÖHNƏ VERSİYA            

"Xankəndi Universitetinin 2 azərbaycanlı müəllimi və tələbəsi helikopterdə vuruldu" - Yusif Fərzəliyev

Image

“Qızlarımızı qorumaq üçün müəllimlərimiz canlarını ortaya qoydular”

Müsahibimiz Ağdərə rayonunun Narıclar kəndində anadan olan və 12 il Xankəndi Pedaqoji İnstitutunda tarix müəllimi işləyən, erməni separatizminin, şovnizminin hər üzünü görən dosent Yusif Fərzəliyevlə Xankəndinin, Ağdərənin keçmişinə qayıtdıq, bugünündən danışdıq...  

- Mən özüm Ağdərə rayonunun Narıclar kəndində anadan olmuşam. Ağdərənin qədim yaşayış məskəni olduğu məlumdur, burada əski çağlardan türklər yaşayıb. Ağdərənin qədimdən yerli əhalisi kolanılar olub və Kolanı tayfası, eləcə də digər türk tayfaları burada yaşayıb. Tarixən Ağdərədə, Xankəndidə, ümumiyyətlə Qarabağda erməni yaşamayıb. Bu toplumun bizim torpaqlara köçürülüb gətirilməsi, məskunlaşdırılması tarixi məlumdur. Söhbət əsnasında bu barədə də danışa bilərik. 

- Bəs necə oldu ki, ermənilər kökləri ilə bağlı olmadığı bir torpaqda birdən-birə məlum  iddialara düşdülər? 

- Hər şey süni şəkildə “Dağlıq Qarabağ Muxtar Vilayəti” (“DQMV”) yaradıldıqdan sonra başladı. Bundan sonra ermənilər əl-qol açmağa, öz məkrli niyyətlərini pərdə arxasından göstərməyə başladılar. 

1923-cü ilin 7 iyulunda “DQMV” yaradıldı. Sonradan Nəriman Nərimanov Stalinə məktub yazır, etirazını bildirir və orada göstərir ki, erməni daşnakları “DQMV”ni yaratmaq üçün Moskvadakı havadarlarının əli ilə məni Bakıdan mərkəzə - Moskvaya gətirdilər. Nərimanov onların “DQMV” planına mane olurdu və o Bakıda olsaydı onun yaradılmasına imkan verməzdi. “DQMV” yaradıldı və mərkəzi Xankəndi oldu. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı. Ağdərə, Xocavənd, Hadrut və Xankəndi həmin “vilayət”in rayonları idi. 1979-cu ildə Xankəndi tam olaraq şəhər statusu aldı və onun kəndləri o dövrdə yeni yaradılan Əsgəran rayonuna verildi. Mənim doğulduğum Ağdərə rayonu da 30-cu illərdə təşkil olunub. Çünki o vaxt qəzalar ləğv olundu və rayonlar yaradıldı. 1992-ci ildə Ağdərə rayonu ləğv edildi. Çox təəssüf ki, belə bir qərar verilmişdi. Amma indi Ağdərə rayonu yenidən təşkil olunur və onun statusunun bərpa edilməsi müsbət haldır.

- Ağdərə rayonu Qarabağın həyatında keçmişdə nə rol oynayırdı, indi hansı rolu oynamalıdır?

- Ağdərə rayonu həm ərazisinə, həm əhalisinin sayına, həm də iqtisadiyyatına  görə keçmiş “DQMV”nin yarısı demək idi. Çox böyük rayon idi. Ağdərənin əhalisi Xocavəndin və Hadrutun əhalisindən çox idi.

- Nəzərə alsaq ki, 1923-cü ildən başlayaraq orada süni şəkildə erməniləşdirmə prosesi gedirdi, şübhəsiz, rəsmi Moskva bu prosesi dəstəkləyirdi, o dövrdə rayonlarda vəzifə bölgüsündə azərbaycanlılara, yoxsa ermənilərə üstünlük verilirdi? 

- Digər rayonlarda olduğu kimi, Ağdərə rayonunda da birinci katib erməni, ikinci katib azərbaycanlı olurdu. Komsomolda da vəzifə bölgüsü eyni qaydada aparılırdı. 

- Ağdərədə doğulmusunuz, amma həyatınızın xeyli hissəsi Xankəndi ilə bağlıdır. Xankəndiyə necə getdiniz? 

- 1968-ci ildə orta məktəbi bitirdim, amma ali məktəbə qəbul ola bilmədim, bir il Bakı metropoliteni tikintisində fəhlə işlədim. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil oldum. Ali məktəbi bitirdikdən sonra təyinatla Ağdərə rayonun Çərəkdar kəndinə müəllim göndərildim. Bu kənd Kəlbəcər rayonunun Bağlıpəyə kəndinə çox yaxın idi. Orada bir il işlədikdən sonra Xankəndiyə gəldim…

- Birbaşa Xankəndi Pedaqoji İnstituna müəllim gəldiniz?

- Xeyr. Əvvəlcə, Xankəndidə Nizami adına 4 nömrəli Azərbaycan məktəbində tarix müəllimi işlədim. Çünki həmin məktəbdə tarix müəllimi yoxdu, həmin məktəbin direktoru Sabir Həsənov tarix müəllimi axtarırdı. Orada bir il işlədim, sonra Xankəndi Pedaqoji İnstitutunun  ümumi tarix kafedrasına müəllim müsabiqəsi keçirilirdi. Sözün düzü, düşünürdüm ki, arxam-dayağım, adamım yoxdur, məni orada işə götürməzlər. Amma dostum vardı, o məni bu işə sövq etdi, mən də sənədlərimi hazırlayıb təqdim etdim. Müsabiqədə bir neçə rəqibim vardı, amma mən onları üstələdim. Müzakirələrdən sonra işə qəbul olundum. O zaman mənim bir üstünlüyüm də o idi ki, iki elmi məqaləm də çap olunmuşdu. Uzun müddət Xankəndi Pedoaoji İnstitutunun ümumi tarix kafedrasında müəllim işlədim. İnstitut o vaxt yeni təşkil edilmişdi, bizim kafedrada iki nəfər elmlər namizədi idi, qalanları müəllim və baş müəllim idi. Mən də elmi iş götürdüm və uğurla müdafiə edib tarix elmləri namizədi oldum. 

- Sizin elmi işinizin mövzusu Qarabağla bağlı olub. Maraqlıdır, ermənilər sizə mane olmurdu ki? 

- Mənim elmi işim Qarabağda kənd təsərrüfatının inkişafı ilə bağlı idi. Bu işi yazanda orada Bahadur İbrahimov vardı, o mənə çox gözəl istiqamət verirdi. Əslən Xankənidən idi və vaxtilə Vilayət Partiya Komitəsində kənd təsərrüfatı üzrə katib olmuşdu, Şuşa rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Sonra da Xankəndidə təcrübə stansiyasında şöbə müdiri idi. Vilayətin birinci katibi Boris Gevorkovun da xətrini istədiyi adam idi...

-  Boris Gevorkovun azərbaycanlılara münasibəti necə idi?

- O Bakıda böyümüşdü. Azərbaycan mühiti ilə tanış idi və bu səbəbdən azərbaycanlılara çox yaxşı münasibət bəsləyirdi. 

- Xankəndi Pedaqoji İnstitutunda ermənilər azərbaycanlılara qarşı hansısa ayrıseçkilik edirdimi?             

- Təbii ki, edirdilər. Onların gözü bizi götürmürdü. Bir sıra məsələdə ayrıseçkilik vardı. 1983-cü ildə təhsil naziri Qurban Əliyev bizim instituta gəlmişdi və bizim kollektivlə görüşmüşü.  Görüş zamanı kollektivdən demişdilər ki, müəllimlərə maşın vermirlər, o da vəd etmişdi ki, hər il sizə iki maşın ayıracağam. Doğrudan da o maşınlar verildi. Mən də Həmkarlar Təşkilatı bürosunun üzvü idim, üzvlərdən üçü azərbaycanlı, beşi erməni idi. Bir dəfə iclas idi, Həmkarların sədri dedi ki, bir maşın gəlib, biz onu ya Xasay Cabbarova, ya da Sokrat Xanyana verməliyik. Dedim Armina Aşotovna, onların hansı əvvəlcə növbəyə durub? Dedi ki, maşına görə yanvar ayında Cabbarov, iyun ayında Xanyan ərizə yazıb. İsrar etdim ki, Cabbarova verilsin, amma səsvermə nəticəsində maşın Sokrata verildi. Biz azərbaycanlılar etiraz etdik və dedik ki, biz bir də sizin iclaslarda iştirak etməyəcəyik. Nəticədə böyük hay-küy yarandı, səsə rektor çıxdı. Azərbaycan dilində təmiz bilirdi. Nə baş verdiyini soruşdu, dedik ki, yoldaş  Xalatryan, məsələ belədir. O da dedi ki, heç yerə şikayət etməyin, mən Xasay müəlimə də maşın təşkil edəcəyəm.  Bunlar erməni riyakarlğına aid ştrixlərdir.

- Xasay müəllim maşın ala bildi? 

- Bəli, iki aydan sonra aldı. 

- Xankəndi Pedaqoji İnstitutunda bizim tələbələr, müəllimlərə nə isə bir problem yaradılırdımı? 

- Orada təhsil üç dildə idi. Azərbaycan, erməni və rus sektorları fəaliyyət göstərirdi. İnstitutda 2 min tələbə təhsil alırdı. Rus sektorunda orta məktəbi rus dilində bitirən ermənilər təhsil alırdı. Bizim azərbaycanlardan da iki nəfər rus sektorunda təhsil alırdı. İnstitutun tələbə tərkibini götürəndə orada təhsil alanların 60 faizi ermənilər, 40 faizi azərbaycanlılar idi.

- Bəs nə qədər azərbaycanlı müəllim işləyirdi?

- İndi bəziləri yalandan rəqəmləri şişirdib deyir ki, orada  yüz nəfər azərbaycanlı müəllim işləyirdi, amma müəllimlərimizin sayı 36 nəfər idi. Bir məqamı deyim ki, Xankəndi Pedaqoji İnstitutunda gördüyüm nizam-intizamı hətta oxuduğum indiki BDU-da görmədim. Heç bir müəllim gecikə bilməzdi, hər kəs işinə məsuliyyətlə yanaşırdı...Bizim tələbələr gəlib Bakıda elmi konfransda iştirak edirdi, I,II,III dərəcəli diplomlar alırdılar. 

- İnstitutun son dövürünü  necə xatırlayırsız?

- 1988-ci ilə doğru vəziyyət dəyişməyə, bizim fəaliyyətimizə maneələr yaranmağa başladı. Bu da səbəbsiz deyildi. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Aqambekyan Fransada nəşr olunan “Humanite” qəzetinə müsahibə vermişdi, orada müxtəlif separatçı fikirlər səsəndirmişdi və demişdi ki, “Dağlıq Qarabağ” Emənistana birləşdirilməlidir. O, müxtəlif iddialar, bəhanələr gətirmişdi. Əlbəttə, bu da Qarabağda erməni separatimzinin alovlanmasına səbəb olmuşdu. Akademik Aqambekyanın müsahibəsindən sonra bizə qarşı təzyiqlər başladı.  Hadisələrin başlanmasına bu səbəb oldu. 1988-ci ildə iclas keçirildi. Həmin iclasda biz də iştirak edirdik. Boris Gevorkov iclasda ermənilərə qarşı çox sərt çıxış etdi və bildirdi ki, Qarabağ Azərbaycan torpağıdır, siz onu Ermənistana birlışdirə bilməyəcəksiniz, son nəticədə bu torpaqlar sizin məzarlığınıza çevriləcək. Gevorkovu o vəzifəyə 1973-cü ildə Heydər Əliyev təyin etmişdi. Gevorkov sonra Bakıya gəldi, 1992-ci ilədək burada yaşadı... 

- İclasdan sonra nə baş verdi?

- Erməni separatçıları qadınları, uşaqları  institutunun ətrafına yığırdılar, onlar “Miatsum” deyə bağırır, “türklər, rədd olun burdan” deyirdilər. 1988-ci il mayın 16-da bizi bir dəfə çıxardılar. İşləmək mümkün olmadı. İyunun 6-da institutun içinə girdilər, az qala əlbəyaxa döüyşlər oldu. Bizi narahat edən məsələ qız tələbələrlə bağlı idi.  Pedaqoji İnstitut olduğu üçün orada oxuyan tələbələrin əksəriyyəti qızlar idi. Ona görə çox gərginlik keçirirdik. Qızlarımızı qorumaq üçün müəllimlərimiz canlarını ortaya qoydular. Əsas fikrimiz o idi ki, qızları sağ-salamat oradan çıxaraq. Bizə yarım metr yol verdilər və biz çıxdıq, avtobuslarla Ağdama gəldik. Biz çıxanda bizə olmazın sözü dedilər. Hirsimizdən partlayırdıq. Şuşa Mədəni-Maarif Texnikumunun binasında imtahanları yekunlaşdırdıq. 1988-ci ilin avqust ayının 27-də dedilər ki, Xankəndiyə gəlin, Partiya iclası olacaq. Biz ora getdik. Orada ermənilər açıq şəkildə dedilər ki, biz daha sizinlə işləyə bilmərik. İclasda  Azərbaycan təhsil nazirinin müavini də iştirak edirdi. Orada yekun qərar o oldu ki, Xankəndi Pedaqoji İnstitutu iki illiyinə bağlansın. 

- Səhv etmiriksə, bu, Rıjkovun qərarı idi. 

- Bəli. Bir il Gəncə Pedaqoji İnstitutunda işlədik. Sonra eşitdik ki, institutun erməni şöbəsi Kirovakandan Xankəndiyə qayıdıb. Biz də qərara gəldik ki, onlar qayıdıblarsa biz də qayıdaq. Deyirdik ki, ermənilər qayıda bilir, biz niyə qayıtmayaq? Ürəyimiz orada idi. Biz əlaqədar təşkilatlara müraciət etdik, təşkil etdilər, helikopterlərə minib gedib Cıdır düzünə düşdük. Şuşa Realnı Məktəbin binasında dərslərə davam etdik. Əvvəllər yaxşı idi, sonra vəziyyət kəskinləşdi, avtobuslarımızı daşa basırdılar, dinamit qoyurdular. Elə oldu ki, ermənilər Ağa körpüsünü partlatdılar. Bunun da bərpası hardasa bir ay çəkdi. Bizim tələbələri, müəllimləri ermənilər mühasirəyə alıb daşqalaq etmişdilər. 1992-ci ilin yanvar ayında  Ağdamdan Şuşaya gedən helikopteri ermənilər vurmuşdu, bizim iki müəllimiz - Mürşüd müəllim və Sara xanım şəhid olmuşdu. Sara müəlliməni ayağından yerə düşən çəkməsindən tanımışdılar. Sara xanım nişanlı idi. Sonra Elsevər adlı bir tələbəmiz də şəhid oldu... Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi şəhidlər də verib. Biz hər zaman onları xatırlayırıq. Bu gün də Xankəndiyə qayıtmağa, müəllimlik fəaliyyəti ilə məşğul olmağa hazıram. Ora bizim tarixi torpağımızdır və orada Qarabağ Universitetinin yaradılması da mühüm hadisə oldu. Cənab Prezident Xankəndiyə, Ağdərəyə bayraq sancanda ürəyimiz sevinc hissləri ilə dolub-daşdı. Geri qayıdacağımız günü gözləyirik...

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031