İki deputatımız Mərakeş yolçusudur
Milli Məclis sədrinin müavini Rafael Hüseynov və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dekabrın 17-də keçiriləcək “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfransda iştirak üçün Mərakeş Krallığının Rabat şəhərinə səfər edəcəklər. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.
Deputatlar burada Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO-nun) birgə təşkilatçılığı ilə keçirilən konfransın işinə qatılacaqlar, “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgi ilə tanışlıq olacaqlar. Vitse-spiker Rafael Hüseynovun konfransda çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətləri üzvləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. Səfər dekabrın 18-də başa çatacaq.
Mətləb Salahov