Bakıda "Jiquli" ilə "avtoşluq" edən sürücüyə 30 sutka həbs verildi
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “VAZ 21074” markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Bayışlının sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.
Mətləb