Böyük Britaniya Suriyaya 50 milyon funt-sterlinq ayırdı
Böyük Britaniya Suriyaya yardım elan edib. Birləşmiş Krallıq, keçən həftə Prezident Bəşər Əsədin devrilməsindən sonra həssas vəziyyətdə olan suriyalılara dəstək məqsədilə 50 milyon funt-sterlinq (təxminən 63 milyon dollar) dəyərində yardım paketi açıqlayıb.
Bu barədə xarici işlər naziri David Lemmi məlumat verib. Paketin 30 milyon funt-sterlinqi ərzaq, sığınacaq, təcili tibbi yardım və ən həssas qrupların qorunması da daxil olmaqla, bir milyondan çox insana dərhal yardım göstərmək üçün nəzərdə tutulub.
Mətləb Salahov