Devrilmiş prezident dekabrın 18-də dindiriləcək
Xüsusi müstəntiqlər qrupu Cənubi Koreyanın səlahiyyətlərindən kənarlaşdırılmış Prezidenti Yon Sok Yolu dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Dekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Sok Yola qarşı impiçment elan edib və bu, onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib. İndi Konstitusiya Məhkəməsi impiçmentin təsdiqlənməsi və ya vəzifəsinə bərpa olunması barədə qərar verməlidir.
Yun Sok Yol konstitusiya quruluşunu devirmək üçün fitnə-fəsad törətməkdə şübhəli bilinir.
Mətləb Salahov