Texasda qanlı "şənlik" - 2 yeniyetmə öldü
ABŞ-ın Texas ştatının Hyuston şəhərində şənlik zamanı atışma nəticəsində ən azı 2 yeniyetmə ölüb, dörd nəfər yaralanıb. Bu barədə yerli polisə istinadla “Associated Press” məlumat yayıb.
Məlumata görə, naməlum şəxs şənlikdə atəş açıb. Nəticədə 14 və 16 yaşlı yeniyetmələr ölüb, daha 5 nəfər xəstəxanaya çatdırılıb. Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Polis araşdırmaları davam etdirir, lakin cinayəti törədənin kimliyi barədə heç bir məlumat verilmir.
Mətləb