Dələduzluqda şübhəli bilinən 3 nəfər saxlandı
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı S.Qubadlı müəyyən olunaraq saxlanılıb.
Eyni zamanda Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 12000, digər şəxsin isə 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı M.Bəylərov və 30 yaşlı E.Həsənov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
NAMİQ