Şənbə günü, 19 iyul 2025
     

Makron Paşinyanı Trampa “dürtüşdürür”...

Image

Mətləb Salahov: "Fransa Paşinyanı Qərbin bölgədəki təxribat planları və anti-Putin siyasəti üçün "vacib" siyasi fiqur kimi təqdim edir"


 Fransa prezidenti Emmanuel Makron yenə öz ermənipərəst ampluasındadır. Var gücü ilə Ermənistanı Azərbaycanla normal münasibətlər qurmaqdan və sülh sazişi imzalamaqdan çəkindirən Yelisey Sarayının hazırkı uğursuz sahibi ciddi cəhdlə özünü Qərbin Cənubi Qafqazdakı əsas koordinatoru, siyasi maşaya çevirdiyi Ermənistanın baş naziri Nikol Paşinyanı da Qərbin bölgədəki ən murdar təxribat aləti kimi, həm də Vladimir Putin əleyhdarı olan birisi kimi təqdim etməyə çalışır. E.Makron son Paris görüşündə yekəqulaq N.Paşinyanı D.Trampa təmtəraqla təqdim etməklə guya onun bölgədə Rusiya əleyhinə sabit mövqeyi olan qərbpərəst siyasətçi imicini formalaşdırmağa çalışır. Hazırda Gürcüstanda istədiyini ala bilməyən Qərb dairələri üçün bu bəlkə də cazibədar görünür. Amma N.Paşinyanın başdan ayağa FİASKO olduğunu ən çox elə Qərbdəkilər yaxşı bilir.
Jurnalist-ekspert Mətləb Salahov "baki-xeber.com"-ə açıqlamasında bildirib ki, bütün prezidentlik fəaliyyəti dövründə açıq-aydın rəsmi Parisin dövlət siyasətini anti – Türkiyə və anti-Azərbaycan siyasətinə alət edən bu şəxs, yenidən ABŞ prezidenti seçilən Donald Trampa da "mərcək atıb".
"Parisdə D.Trampın Ukrayna prezidenti Vladimir Zelenski və Gürcüstan prezidenti xanım Salome Zurabişvili ilə görüşünü təşkil edən E.Makron, Cənubi Qafqazdakı siyasi maşasını da yaddan çıxarmayıb. Diqqət edin: bu adam Fransanı boyundan böyük missiyaya sürükləməkdə və bölgəmizdə həm Ermənistan üçün, həm də Qərbin təxribat planları üçün əsas fiqur kimi sırımağa çalışır. Çünki regiondakı prosesləri dəyişmək, qüvvələr balansına "əl gəzdirmək" Fransanın başından böyük işdir.
  Yəni az-çox siyasətlə maraqlanan hər kəs gözəl bilir ki, enerji potensialı baxımından zəngin olan və Rusiya üçün ən həssas mövqe sayılan bu mühüm bölgədə Fransanın təkbaşına hegemonluq etməsi gülünc iddia olardı. Təkcə COVİD-19 zamanı Vladimir Putinin Kremldə həmin bu E.Makronu dairəvi stolun lap o başında otuzdurması, onu aşağılaması həm Fransanın bölgədəki yerini, həm də Rusiya liderinin E.Makronun şəxsən özünə olan münasibətini gün kimi ortaya çıxardı. Axı ABŞ, İngiltərə, Almaniya, qurum olaraq Avropa İttifaqının özü son dərəcədə strateji bölgə sayılan Cənubi Qafqazda Fransanın "at oynatmasına" ömründə razı olmazlar. Axı Qərbdəkilərin də hərəsinin gizlicə öz ayrıca məqsədləri var bölgə barədə. 

Belə görünür ki, E.Makron Ermənistanla bağlı daha təhlükəli planlar üzərində işləyir və qarşıdakı müddətdə Ağ Evin sahibi olacaq D.Trampı da bu prosesə razı salmaq üçün çırpınır. Bu gün rəsmi Paris E.Makronun məkrli siyasəti nəticəsində bölgədə erməni terrorunun "xaç atası" kimi çıxış edir. Fransa hazırda erməni terrorizminin ilham mənbəyi, faktiki müdafiəçisi və təlimatçısıdır. Paris terrorçu Ermənistana təbii müttəfiqi kimi yanaşmaqda, onu geosiyasi oyunlarında əsas alətlərindən biri hesab etməkdədir. Makronun Paşinyanı "dostum" adlandırması, onun və Errmənistanın yanında yer alacaqlarını söyləməsi faktı bu gerçəyi sübut edir. Diqqət edin, Fransa prezidentinin son çıxışları göstərir ki, Rusiyanı neokolonist adlandıran Yelisey sarayı, Ermənistanla əməkdaşlıq fonunda qlobal terror şəbəkəsi formalaşdırmaqda, bu şəbəkənin fəaliyyətini koordinasiya etməkdədir. Başqa sözlə desək, bu gün bütün Cənubi Qafqaz erməni terrorizmi ilə yanaşı, həm də terrora siyasi himayədarlıq edən "Makron sindromu" ilə üz-üzə qalıb.

Ermənistanı anti-Rusiya siyasətinə sürükləyən Fransa, rəsmi İrəvana gələcək üçün ən böyük pisliyi edir. Çünki Fransanın İrəvana dəstəyi Ermənistan tərəfindən sevinc və ümidlə qarşılansa da, bu dəstək erməni toplumuna uğurdan daha çox problem və faciə gətirəcək. Çünki İrəvanın birmənalı şəkildə Fransanın kölgəsinə sığınması, onu bölgəyə gətirməsi ilk növbədə Rusiya-Ermənistan münasibətlərində bərpası mümkün olmayan çatlar yaradacaq. Cənubi Qafqaz məsələsinə hər zaman həssas yanaşan Rusiyanın baş verənlərdən sonra Ermənistanı cəzalandırmaq istiqamətində həm iqtisadi, həm də siyasi baxımdan ciddi addımlar atması ehtimalı hazırkı situasiyada böyükdür. Bütün dünyada siyasətlə məşğul olan hər kəsə, elə Parisdəkilərə də əla məlumdur ki, N.Paşinyanı öz təxribat oyunlarında maşaya çevirmək tarixən Rusiyanın dəstəyi ilə var olan Ermənistan üçün qorxunc nəticə deməkdir.Amma görünən odur ki, bütün bu sadaladıqlarımız E.Makronu iyrənc siyasətindən çəkindirəsi deyil. Ona Ermənistanın taleyi deyil, öz maraqlarını yeritmək vacibdir. Görünür biz yaxın vaxtlarda bölgədə Fransa prezidentinin simasında daha ciddi təxribat cəhdlərini müşahidə edəcəyik. Çünki N.Paşinyanı Parisə aparıb D.Trampa "dürtüşdürmək" o deməkdir ki, E.Makronun simasında Qərbdəkilər bölgədə yeni xoşagəlməz hərəkətlərə start verəcəklər."

Namiq Quliyev  




VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

18.07.2025 / 15:36
Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verdi

18.07.2025 / 15:17
Latviya Rusiya ilə sərhəddə bomba sığınacaqları tikir...

18.07.2025 / 15:02
" Yeni Azərbaycan" TV-nin icraçı direktoru Murad Paşayevlə müsahibə - VİDEO

18.07.2025 / 14:33
Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

18.07.2025 / 14:23
Xocalı kərpic zavodunun açılışı oldu - FOTO

18.07.2025 / 14:20
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etdi

18.07.2025 / 14:06
Bakıdan Naxçıvana avtobus reysləri bərpa olunur...

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910