Suriyanın yeni liderliyinə iddialı Colani kimdir?
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələrlə bağlı paylaşım edib. A.Quliyev yazır: "42 yaşındadır. Suriyada doğulub. Neft fəhləsi olan atası ilə 1989- cu ilə kimi Səudiyyədə yaşayıb. İlk məktəb təhsilinə Səudiyyədə başlayıb.1989- da Suriyaya qayıdıblar...
Barəsində təfsilatlı məlumatlar çox azdır. 2000- cu illərin başında ABŞ İraqa müdaxilə edəndə o da İraqda radikal döyüş qüvvələrinin sırasında peyda olub. 2006- da ABŞ qüvvələri tərəfindən həbs edilib və bir neçə il İraqda ABŞ həbsxanasında yatıb.Hansı şəraitdə və necə buraxıldığı bilinmir .
Ərəb baharı başlayandan sonra Əl- Qaidənin İraq və Suriya qolları yaradıldı. Suriya qoluna Colani, İraq qoluna Bağdadi rəhbərlik edirdi. 2016- da Əbubəkr Bağdadi öz qolunu İŞİD- ə çevirdi.Colani onunla razılaşmadı və Əl- Qaidənin Suriya qolunu Cəbhə - ən Nusrat təşkilatına çevirdi. 2019- cu ildə Türkiyə- İran - Rusiya arasında Suriyaya dair Astana atəşkəs razılaşmasından sonra Colaninin dəstəsi İdlibdə qaldı və 2022- ci ildə özünü HTŞ- Heyət- Təhrir- Şam ordusu kimi bəyan elədi. Sonrakı prosesləri bilirsiniz. Noyabrın 27- də İdlibdən yürüşə başlayan Colani 12 gün sonra qos-qoca Əsəd rejiminə son qoydu. İndi yeni dövlət quruculuğuna hazırlaşır...
Nə dövlət quracaq? Əl - Qaidənin və İŞİD- in bir qolu olaraq etdiyi əməllərə görə hesabat verəcəkmi? Türkiyə, Rusiya, İranla nə münasibətlərdə olacaq? 6 il omrünü ABŞ həbsxanasında keçirməsi onun siyasi fəaliyyətində özünü necə göstərəcək?
Colani hazırda dini - siyasi baxışlarını xeyli yumşaltdığını bildirir, deyir ki, Suriyada bütün dini və etnik azlıqlara yer var. Halbuki 2014- 15- ci illərdə dediyi " Suriyada şiələrə və xristianlara yer yoxdur" sözləri unudulmayıb. Suriyanın şərqini nəzarətdə saxlayan ABŞ- la nə münasibətlərdə olacaq? ABŞ- ın müttəfiq saydığı PKK- YPG ilə necə davranacaq?
Ən maraqlı məsələ İsraillə necə davranacağı ilə bağlıdır. Bütöv Suriya istədiyini deyir.Bu halda Colan təpələrini 1967- dən işğalda saxlayan İsraillə yeni müharibəyə başlaya bilər. Colan təpələrini Əsədlər kimi İsrailə bağışlaya bilərmi? İsrail də Colan təpələrini güzəştə getmək fikrində deyil. Baxmayaraq ki, İsrail bu təpələri işğal edib.Hazırda da İsrailin şirin su tələbatının 20 faizi Colan təpələrəndən axan çayların hesabına ödənilir. İsrail artıq zərbələrini vurmağa başlayıb. Suriya ilə 1974- cü il sazişini ləğv etdi. Bu saziş Colan təpələri ilə Suriyanın arasında bufer zonanın idarə olunması barədə idi. İsrail onu ləğv etdi və Suriyanın həmin bölgədəki 100 obyektini vurdu .İzahı da belə verdi- Əsədin hərbi zavodları yeni hakimiyyətə qalmasın....
Suriyada Əsədin dövründən də mürəkkəb bir dövr başlana bilər...."
Mətləb