Bu ölkədə naməlum xəstəlik tüğyan edir - 30-dan çox insan ölüb....
Konqo Demokratik Respublikasında oktyabrın 24-dən indiyədək baş ağrısı və öskürəklə müşayiət olunan naməlum xəstəliyə 400-dən çox yoluxma halı qeydə alınıb, 30-dan çoxu ölüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Kvanqo əyalətindəki Panzi tibbi-sanitar zonasında qızdırma, baş ağrısı, öskürək, burun axması simptomları ilə müşayiət olunan naməlum xəstəliyə 406 nəfər yoluxub. Onlardan 31-i dünyasını dəyişib.
Mətləb