ABŞ və Türkiyə müdafiə nazirləri İŞİD-lə bağlı bu məsələdə razılaşdılar
ABŞ və Türkiyə İŞİD-ə qarşı koordinasiyalı şəkildə mübarizə aparacaq. "TRT Haber"in məlumatına görə, bu barədə Pentaqon rəhbəri Lloyd Ostinlə türkiyəli həmkarı Yaşar Gülər telefon danışığı zamanı müzakirə aparıblar. Tərəflər Suriyadakı vəziyyətin daha da gərginləşmənin qarşısının alınmasının vacibliyini, həmçinin ABŞ və tərəfdaşları üçün riskin olduğunu qeyd ediblər.
L.Ostin Birləşmiş Ştatların Suriyadakı müxtəlif qrupların bəyanatlarını və hərəkətlərini diqqətlə izlədiyini vurğulayıb.
Mətləb Salahov