Hakan Fidan 5 ölkənin XİN rəhbəri ilə Suriyanı müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı bir sıra ölkələrin XİN rəhbərləri ilə telefon danışığı aparıb.Türkiyə mediasının yazdığına görə, H.Fidan latviyalı həmkarı Baiba Braze, Çexiya XİN rəhbəri Yan Lipavski, Pakistanın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd İshaq Dar, İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Joze Manuel Albares və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışıqlarında Suriyadakı hadisələri müzakirə edib.
Aparılan müzakirələr zamanı Suriyanın ərazi bütövlüyü çərçivəsində sabitlik və sülhün bərqərar olmasının vacibliyi vurğulanıb.
Mətləb Salahov