Makron küncə sıxılır - 50 faizdən çox fransız onun istefasını tələb edir
Fransızların 50 faizi Prezident Emmanuel Makronun istefasını istəyir. Bu haqda “Cluster 17”nin apardığı sosial sorğuda qeyd edilir. Sorğuya görə, fransızlar Mişel Barnye hökumətinə senzura tətbiq edilməsi ilə bağlı ciddi fikir ayrılığına malikdirlər. Bu, partiyaların öz seçicilərini birləşdirə bilməməsini əks etdirir.
Fransızların 36%-i düşünür ki, hökumətə qarşı senzura prezident E.Makronun Baş nazir təyin etməkdə səhv seçim etməsindən qaynaqlanır. Qeyd edilir ki, bu rəqəm Emmanuel Makrona yeni baş nazir seçimində müəyyən təzyiq göstərir. Fransızlar həmişə prezidentlərindən möcüzələr göstərəcəyini gözləyirlər.
Eyni sorğuya əsasən, fransızların 54%-i prezident Emmanuel Makronun istefasını və 2025-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini istəyir. Bu rəqəm icra hakimiyyətinin tam rədd edilməsini və qurumlara qarşı ümumi məyusluğu əks etdirir. Növbədənkənar seçki ideyasına dəstək əsasən ən antisistem seçicilər arasında cəmləşib. Ölkədə mövcud gərginlik artan siyasi qütbləşməyə təkan verir.
Mətləb Salahov